Trampın sosial şəbəkələrlə bağlı qərarı düzgündür və dəstəklənməlidir
ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. Eyni zamanda ABŞ Prezidenti "Twitter"in bağlanmasının mümkünlüyünün də istisna hal təşkil etmədiyini vurğulayıb. O bu qərarını söz azadlığını əsas təhlükələrdən birindən qorumaq kimi izah edib. Tramp tərəfindən imzalanan sənəd, ABŞ-da, xüsusən də sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən "Kommunikasiya Müdafiə Aktı"nın 230-cu bəndinin ləğvi ilə bağlıdır. Bu paraqraf böyük texnologiya şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edirdi.
Məsələn, "Twitter" və "Facebook" kimi şirkətlər böhtan, şərəf və ləyaqətin müdafiəsi üçün mümkün məhkəmə iddialarından qorunurdu. Trampın mövcud qərarından sonra məsələ dəyişəcək və bu qanun ilə tənzimlənəcək. Daha dəqiq desək, sosial şəbəkələr öz platformalarında yayılan informasiyalarn məzmununa görə məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar.
Dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyət Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğundan xəbər verir. İndiki dövrdə sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış məkanına çevrilib. Ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur.
Azərbaycanın milli təhlükəsizliyi də bu məsələdən mənfi şəkildə təsirlənir. Belə ki, Azərbaycana qarşı müxtəlif kampaniyalar, məkrli planlar təşkil olunur, terror çağırışları edilir. Bunun qarşısı alınmalıdır. Sosial şəbəkələrdəki mövcud məsuliyyətsizlik artıq real təhdidə çevrilib. Bu gün biz sosial şəbəkələr vasitəsilə hakimiyyətlərin qeyri-qanuni yolla ələ keçirilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırışların şahidi oluruq. Bu isə dövlətlərin milli təhlükəsizliyinə birbaşa və ciddi təhdiddir ki, bu da yolverilməzdir.
Bu səbəbdən də bu istiqamətdə olan özbaşınalığı dayandırmağın vaxtıdır. Bütün bu amilləri nəzərə alaraq düşünürəm ki, Trampın qərarı və mövqeyi tamamilə düzgündür və dəstəklənməlidir. Lakin bu məsələ lokal səviyyədə həll olunmamalıdır. Zənnimcə, beynəlxalq və ölkələr səviyyəsində tənzimləmə aparılmalıdır. O cümlədən də Azərabaycanın bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsinin zamanıdır. Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbulu artıq labüddür.
Politoloq Şəbnəm Həsənova
Trend
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
XƏBƏR LENTİ
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)





