"Koronavirusla əlaqədar sərhədlərin bağlandığı vaxtda İranla Azərbaycan arasında ticarət mübadiləsi davam edir" - Cavad Cahangirzadə
İranla Azərbaycan arasında Biləsuvar və Astara gömrük-sərhəd məntəqələri vasitəsi ilə Azərbaycan və bölgənin digər ölkələrinə məhsul ixrac edilməkdədir. Bu iki sərhəd gömrük məntəqəsi önəmli tranzit yollarına çevrilib. Hətta koronavirusun yayılmasına görə, sərhədlərin bağlandığı vaxtda iki ölkə arasında ticarət mübadilələri davam edir.
Milli.Az bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Trend-ə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, İran və Azərbaycan nəqliyyat sektorunda, xüsusilə də dəmiryol sahəsində böyük potensiala sahibdirlər. Şimal-Cənub Dəhlizi üzrə İranda dəmiryol proyektində işlər sürətlə davam etdirilir. Bu dəmir yolunun istismara verilməsi ilə bir çox kənar dəmiryolları da bu yola qoşula bilər. Bununla da məhsul nəqli artmasına və vətəndaşların keçidinin asanlaşmasına şərait yarana bilər.
C.Cahangirzadə bildirib ki, son illərdə Azərbaycan və İran arasında ikitərəfli iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edib. İqtisadi və ticarət mübadilələrinin potensialı qat-qat yuxarıdır: "Ümid edirik ki, iki ölkə arasındakı nəzərdə tutulan layihələrin həyata keçirilməsi ilə iqtisadi münasibətlər daha da inkişaf edəcək. Ötən ildə bir sıra effektiv addımlar atılıb və İranın Gilan vilayətində Astara dəmiryol terminalında inşa işlərinin başa çatması ilə bu terminal tam şəkildə fəaliyyətə başlayacaq".
Səfir əlavə edib ki, Azərbaycan və İran arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə çox önəmli layihələr icra olunur. Bunlardan biri İranın Ərdəbil vilayətində birgə sənaye parkının yaradılmasıdır. Bu layihə ilə əlaqədar ilkin müzakirələr aparılır: "Bir neçə ay öncə İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcunun Bakıya səfərində sənaye parkı ilə əlaqədar müzakirələr aparıldı. Hər iki tərəfdə işçi qrupunun yaradılması və bu layihənin icra olunması üçün ilkin araşdırmaların başlanması üzrə razılıq əldə olundu".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək





