Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün səyləri ikiqat artırmalıdır"
Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün səyləri ikiqat artırmalıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Radio France Internationale" radiosuna müsahibəsində deyib.
O bildirib ki, Qafqaz regionunda təhlükəsizlik və sülh Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində sarsıdılıb:
"Ermənistan güc tətbiq edərək Azərbaycanın suveren ərazilərini işğal edib. Bu, qanunsuzdur və beynəlxalq hüququn pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, ATƏT, Avropa Şurası kimi təşkilatlar Ermənistandan bu münaqişəni bitirməyi və qoşunları çıxarmağı tələb edən qətnamə və sənədlər qəbul edib. Amma təəssüf ki, biz münaqişənin həlli yolunda hər hansı bir irəliləyiş görə bilmirik".
H.Hacıyev vurğulayıb ki, Ermənistan status-kvonu, yəni işğalı saxlamaqda davam edir, azərbaycanlı məcburi köçkün və qaçqınların bu ərazilərə qayıtmasına mane olur:
"Azərbaycanda bu ərazilərə qayıtmaq hüququ olan 1 milyon qaçqın və məcburi köçkün var. Ona görə də biz ATƏT Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, dünya ictimaiyyətini münaqişənin tez bir zamanda beynəlxalq hüquq norma və prinsiplərinə uyğun və ən əsası başlıca prinsip - ədalətin nəzərə alınması ilə həlli üçün səyləri ikiqat artırmağa çağırırıq. Əlbəttə, onlar öz işlərini görürlər və biz Minsk Qrupu həmsədr ölkələrinin vasitəçi qismində münaqişənin həlli ilə məşğul olmasını dəyərləndiririk. Amma əlbəttə ki, daha çox iş görmək lazımdır. Biz həmişə predmet danışıqları dəstəkləyirik. Ermənistan isə məğzdən qaçmağa çalışır. Münaqişənin məğzi nədir? Münaqişənin fundamental köklü səbəbləri var. Əsas səbəb Azərbaycan ərazilərinin işğal olunmasıdır".
O qeyd edib ki, həmsədr ölkələr Ermənistana siyasi diplomatik təzyiq göstərməli, bu ölkədən beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməsini tələb etməlidir:
"Hər şey işğalın dayandırılmasından başlamalıdır. Bütün dünya ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət və əməl etməlidir".
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
XƏBƏR LENTİ
-
Arda Gülerin fiziki dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb





