Prezident İlıham Əliyev: "Neft, qaz tükənən sərvətlərdir, intellektual potensial isə dəyişməz sərvətdir"
Neft, qaz tükənən sərvətlərdir, intellektual potensial isə dəyişməz sərvətdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib:
""Əsrin kontraktı"nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər.
Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Xətaidə maşın alışıb yandı - (Video)
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
Azərbaycanlı gənc Polşada vəfat etdi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)
-
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
Goranboyda qəza - xəsarət alanlar var
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu





