Siyasət

Murad Hüseynov: "Bakıda möhtəşəm beynəlxalq tədbirlər, o cümlədən musiqi festivalları keçirilir" - VİDEO

22 May 2019 19:47
Baxış: 908

Prezident İlham Əliyevin diqqət və qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu baxımdan mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Dövlətin qayğısı incəsənətimizi daha da inkişaf etdirir, sənət adamlarını yaradıcılığa ruhlandırır. Eyni zamanda musiqi və mədəniyyətimizin beynəlxalq aləmdə təbliği sahəsində də uğurlar əldə edilir. Bir sözlə, ölkəmiz bütün sahələrdə inkişaf edir. Şəhərlərimiz gözəlləşir, insanların rifahı yüksəlir. Bu inkişaf tanınmış sənətçilərin, ziyalıların da diqqətindən yayınmır. Prezident İlham Əliyevin siyasəti mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilir və məmnunluqla qarşılanır.

Milli.Az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, hər sahədə olduğu kimi, mədəniyyət və incəsənətdə də çox böyük işlər görülür: "Hazırda dünyada elə bir şəhər yoxdur ki, Azərbaycan musiqisi, muğam və aşıq sənətimizin nümunələri səslənməsin. Bakıda möhtəşəm beynəlxalq tədbirlər, o cümlədən musiqi festivalları keçirilir. Məsələn, Beynəlxalq Muğam Festivalını ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin uğurlu hadisəsi hesab etmək olar".

Xalq artisti qeyd edib ki, digər sahələrlə yanaşı, mədəniyyət və incəsənətdə qazanılan bütün uğurlar Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsidir:

"İncəsənət adamları olaraq biz onlara çox minnətdarıq. Çünki muğam milli irsimiz kimi hazırda özünün intibah dövrünü yaşayır. Azərbaycanda heç vaxt muğama bu cür diqqət göstərilməyib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də birinci xanım Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə qayğısı bizi daha da həvəsləndirir".

M.Hüseynov vurğulayıb ki, Azərbaycan, o cümlədən Bakı şəhəri dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır: "Müxtəlif illərdə Bakıda olan dünya şöhrətli mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyim görüşlər zamanı onlar şəhərimizin inkişaf etdiyini və müsbət irəliləyişlərin baş verdiyini dönə-dönə etiraf edirlər. Bütün bunlar isə, əlbəttə ki, bizi çox sevindirir. Biz möhtərəm Prezidentimizə çox minnətdarıq". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.