Siyasət

ABŞ narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanın səylərindən razıdır

15 Aprel 2019 18:14
Baxış: 690

ABŞ narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanın səylərindən razıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-Mühafizə Fəaliyyəti üzrə Bürodakı müavini Riçard Qlenn deyib.

R.Qlenn bildirib ki, ABŞ Azərbaycanın narkotiklərin öz sərhədlərindən keçirilməsinin qarşısının alınması ilə bağlı səylərini dəstəkləyir:

"Biz bu istiqamətdə birgə əməkdaşlıq etmək istəyirik. Narkotiklərin dövriyyəsi beynəlxalq problemdir. Heç bir ölkə bunun öhdəsindən təkbaşına gələ bilməz. Bu məsələdə beynəlxalq tərəfdaşlığın təmin olunması vacibdir".

Onun sözlərinə görə, Azərbaycan coğrafi cəhətdən beynəlxalq ticarət yollarının kəsişməsində yerləşir:

"Amma, təəssüf ki, bu, ölkə ərazsindən narkotiklərin tranziti üçün də yol açır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.