"Davosda təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın gələcəyi həll olunurdu"
Yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub. Aydındır ki, bu görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə söhbət olub.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu görüşü bundan əvvəl Düşənbə və Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirib. Düşənbədəki görüş ötən il sentyabrın 28-i MDB sammiti çərçivəsində baş tutmuşdu və bu görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminə əməl olunmasına sadiqliyini bildirib. Bu iki amil bir-biri ilə sıx əlaqəlidir və ona görə də dekabr ayında Sankt-Peterburqda keçirilmiş görüşdə də diqqət mərkəzində olub.
Göründüyü kimi, dünyanın nüfuzlu məkanlarında Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması mövzusu diqqətə çatdırılır.
Azərbaycan Prezidenti ardıcıl olaraq işğal olunmuş ərazilərin qaytarılması prosesinin başlaması üçün zəruri tədbirlər həyata keçirir. Bu siyasətin uğurunun rəhni kimi son illərdə Ermənistan üzərində hərbi və maliyyə üstünlüyünün əldə olunması, eləcə də işğalçı ölkənin enerji, nəqliyyat və iqtisadi təcridini göstərmək olar.
Azərbaycan və Ermənistan tərəflərinin Davos görüşü İlham Əliyev diplomatiyasının aşkar uğurudur. O, Minsk qrupunun həmsədrlərinin əksər hallarda danışıqlara maneəyə çevrilən vasitəçilik xidmətlərindən asılı olmayaraq danışıqları ikitərəfli formata keçirdi. Aydındır ki, ilk növbədə söhbət N.Paşinyanla etimad münasibətlərinin qurulmasından gedir, bu cür daha asan danışıq aparmaq olur və bunun üçün digər mühüm səbəblər var. Serj Sarkisyan "Qarabağ klanı"nın digər nümayəndələrindən fərqli olaraq N.Paşinyan ünsiyyətə girir və Qarabağ problemini üçüncü tərəflərin iştirakı olmadan həll etməkdə maraqlıdır.
Nikol Paşinyan üçün ən ağrılı mövzu erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətidir ki, bu da prinsipcə Qarabağ ermənilərinə Bakı tərəfindən özünüidarə hüququ və təhlükəsizlik təminatının, eləcə də digər geniş iqtisadi üstünlüklərin verilməsinə cavab olaraq reallaşdırıla bilər. Paşinyan hökumətinə öz hakimiyyətinin möhkəmləndirilməsi üçün Azərbaycan tərəfindən köməyə ehtiyacı var. Bu, hərbi əməliyyatların bərpa olunmaması, nəqliyyat yollarının açılması barədə Azərbaycanın verəcəyi zəmanət, gələcəkdə isə Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqlardır.
N.Paşinyanın rəhbərliy altında Yerevan komandası başa düşür ki, "Qarabağ klanı" öz xeyri və ambisiyaları uğrunda üçüncü qüvvələrin - xarici diasporaların yardımı ilə Ermənistanı "Qarabağ bataqlığı"na salıb və onu yalnız Azərbaycan xilas edə bilər. Müvafiq olaraq rəsmi Bakı və Yerevan münaqişənin mərhələli nizamlanmasına hansı formatda başlayacaqlarını müzakirə etməlidir. Əsas mövzu Azərbaycan tərəfinin iqtisadi güzəştlər yaratmasına cavab olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyüdür.
Hesab olunur ki, N.Paşinyan ağıllı rəhbərdir və erməni xalqını Ermənistanın əsas nailiyyətinə - Azərbaycanla barışmağa hazır edə bilər. Qeyd etmək lazımdır ki, o, Qarabağ ideoloqu Zori Balayanın dostu, onun qədər xəstə təfəkkürə malik və ermənilərlə azərbaycanlıları genetik cəhətdən uyğun olmayan xalqlar adlandıran Robert Koçaryanı həbs etdirib. Bu siyasətçi istəmirdi, daha doğrusu qəbul edə bilmirdi ki, azərbaycanlılar və ermənilər tam uyğundur və təkcə Gürcüstan, Rusiya, Türkiyə, İran, ABŞ, Niderland və digər ölkələrdə deyil, həm də Azərbaycanda birgə yaşayır.
Prezident İlham Əliyevin Nikol Paşinyanla Davos görüşü biz fikirləşdiyimizdən daha vacibdir. Qarabağ problemi ilə yanaşı, Davosda Ermənistanın gələcəyi məsələsi də həll olunur. Erməni liderə barışıq lazımdır və görüşlərin Azərbaycanın hərbi-siyasi və iqtisadi üstünlüyü şəraitində keçməsini nəzərə alsaq, onun üçün İlham Əliyevlə üz-üzə danışmaq daha asandır. Azərbaycan xalqı öz Prezidentinə güvənir və Yerevanın qonşusunun ərazi bütövlüyünü tanıyacağı təqdirdə əhalini sülh prosesinə hazırlamaq Bakı üçün çətin məsələ olmayacaq. Bugünkü Ermənistan-Azərbaycan qarşıdurmasının N.Paşinyan üçün təhlükəsi ondan ibarətdir ki, müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.
Elxan Ələsgərov, "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə doktoru
http://bakunetwork.com
Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube kanalı: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
XƏBƏR LENTİ
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
-
Hazırda tıxac olan yolların siyahısı
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür





