Siyasət

Tramp Britaniyada: şok bəyanatlar, etirazlar və inadlı mövqe - VİDEO - FOTO

13 İyul 2018 10:38
1 Şərh     Baxış: 1 716

Düşünürəm ki, Çin və Rusiya ilə münasibətlərin normal olması yaxşıdır.

ABŞ prezidenti, hazırda xanımı Melanya ilə birlikdə Britaniyada rəsmi səfərdə olan Donald Tramp "Noviçok" zəhərli maddəsi ilə insanların zəhərlənməsi ilə bağlı Rusiya ilə əlaqələri kəsmək niyyətində olmadığını deyib.

Milli.Az The Sun-a istinadən bildirir ki, martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovnik Sergey Skripal və onun qızı Yuliyaya qarşı "Noviçok" iflic-əsəb maddəsi tətbiq olunub.

Ağır vəziyyətdə hospitala aparılan Skripallar bir neçə həftə davam edən müalicədən sonra hazırda naməlum yerdə, mühafizə altında yaşayırlar.

İyulun 16-də Donald Tramp Finlyandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir.

Kremldən verilən məlumatlara görə, liderlər ikitərəfli münasibətləri, habelə beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə edəcəklər.

İyulun 12-də NATO-nun Brüsseldəki sammitindəki toplantıdan sonra jurnalistlər qarşısında çıxış edən Donald Tramp demişdi: "Putin mənim üçün nə dost, nə düşmən, nə də rəqib deyil. Onunla Suriya və Ukraynadakı vəziyyəti, ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın mümkün müdaxiləsini və s. məsələləri də müzakirə etmək niyyətindəyəm".

Donald Trampın Britaniyaya dünən başlanmış rəsmi səfəri bazar gününədək davam edəcək.

Dünən Londonda səmaya "körpə Tramp" formasında hava şarı buraxılıb. Bu aksiya üçün 18 min funt-sterlinq və 10 min imza toplanmışdı.

Hava şarının buraxılmasına London meri Sadiq Xan icazə verib.

ABŞ isə hesab edir ki, bu hava şarı Trampa sayğısızlıqdır.

Sadiq Xan ittihamlara belə cavab verib: "Tramp deyir ki, Britaniya onu sevir. Belə deyil. Onu sevmirik və buraya da biz dəvət etməmişik. İndiyədək Britaniyaya ABŞ-ın çox prezidenti gəlib ki, onların siyasətini təqdir etməmişik, destruktiv saymışıq. Lakin Donald Tramp istisnadır. O, beynəlxalq hüququ saymır, həqiqəti danır və ölkəmiz kimi Avropa dövlətlərinə aşkar şəkildə ziyan vurmağa çalışır", - Sadiq Xan söyləyib.

ABŞ prezidenti Donald Tramp isə dünən bəyan edib ki, Londonda törədilmiş terror aktlarında mer Sadiq Xanın yarıtmaz və bacarıqsız fəaliyyətinin də "izləri" var.

Britaniyanın baş naziri Tereza Mey dünən Oksfordşir qraflığındakı Blenheym Sarayında ABŞ prezidentinin şərəfinə təntənəli ziyafət verib.

Mey ziyafətdə çıxış edərkən deyib: "Britaniyanın Avropa Birliyini tərk etməsi ABŞ ilə ölkəmiz arasında azad ticarət haqqında anlaşma imzalamağa və ticari münasibətlərdəki bürokratik əngəlləri aradan qaldırmağa imkan verəcək".

Mey daha sonra deyib ki, Britaniya şirkətləri ABŞ-da 250 min iş yeri yaradıblar: "Men ştatından tutmuş, Alyaskaya qədər milyona qədər amerikalı Britaniya şirkətləri üçün çalışır. ABŞ iqtisadiyyatına ən çox sərmayə qoyan da Britaniyadır. Birləşmiş Ştatların iqtisadiyyatındakı xarici investisiyaların 20 faizi Britaniyanın payına düşür".

Marlboro hersoqlarının ailə məkanı olan Blenheym Sarayı mərhum baş nazir Uilyam Çörçilin doğulduğu yerdir.

Çörçil də Marlboro hersoqu olmalıydı, lakin o, bu tituldan siyasi karyeraya görə imtina etmişdi.

Donald Tramp bəyan edib ki, Britaniyanın sabiq XİN başçıçı Boris Consonun hökumətə qayıdacağına ümid edir: "Ondan əla baş nazir olardı".

Londonda isə Trampın səfəri ilə bağlı etiraz aksiyaları davam edir. Minlərlə insan ABŞ prezidentindən ölkəni dərhal tərk etməyi istəyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tramp Britaniyada: şok bəyanatlar, etirazlar və inadlı mövqe

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    MAN · 13 İyul 12:3030

    Trampın yanındak həyat yoldaşı olduğu dəqiq, Tereza Meyin yanındakıda yəqin əri olar. Elədirsə , heç onun yerinə olmaq istəməzdim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.