Siyasət

Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı

22 İyun 2018 13:04
Baxış: 561

Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir:

"Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.