Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

15 Aprel 2018 18:51
Baxış: 339

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Dağıstan Respublikasının Xalq Məclisi adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə göstərilmiş etimad Sizin yüksək nüfuzunuzu və yürütdüyünüz, ölkənin siyasi və sosial-iqtisadi inkişafına yönəlmiş xəttin bütün xalq tərəfindən dəstəklənməsini təsdiq edir. Sizin şəxsi səyləriniz, Azərbaycan vətəndaşlarının əməksevərliyi və zəhməti sayəsində ölkədə həyat səviyyəsinin yüksəlməsi, onun gücünün möhkəmlənməsi böyük hörmətə layiqdir. Siz dövlət xadimi və siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanmısınız. Siz atanızın - görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz.

Sizin Rusiya-Azərbaycan tərəfdaşlığının və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına yönəlmiş prinsipial mövqeyinizi Rusiyada yüksək qiymətləndirirlər. Dağıstanlılar əmindirlər ki, xalqlarımız arasında tarixən yaranmış qardaşlıq münasibətləri bundan sonra da konstruktiv və səmərəli şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Dağıstan Respublikası Xalq Məclisinin deputatları Azərbaycan Respublikasının Prezidenti seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının tərkibində ənənəvi şəkildə iştirak edərək seçkilərin beynəlxalq hüququn normalarına uyğun və yüksək səviyyədə təşkil olunmasını qeyd ediblər.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm. Azərbaycan xalqına sülh və xoşbəxt gələcək arzulayıram".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.