Siyasət

Səməd Seyidov: "Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq"

22 Mart 2018 14:46
Baxış: 758

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli dərəcədə  möhkəmlənib.

Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu gün ölkəmiz beynəlxalq təşkilatlarda aparıcı rol oynayır: "Biz fəxr edirik ki, gənc Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma üzv olub və bu təşkilata sədrlik edib. Bütün bunlar Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin dəmir iradəsinin məntiqi nəticəsidir".

S.Seyidov deyib ki, Azərbaycan bu uğurlara Prezidentlə xalqın birliyi nəticəsində nail olub. "Biz bu birliyi qorumalıyıq. Bunun üçün də 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq" - deyə, komitə sədri qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.