Siyasi tələ - Ermənilərin torpaqları Azərbaycana qaytarması açıqlamasının gizli tərəfləri
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sentyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı bir qism tərəfindən böyük əks-səda ilə qarşılanıb. Nazir Altıncı Ümumerməni "Ermənistan-Diaspora" forumunun iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi fikirlər sensasiya kimi dəyərləndirlib. Belə ki, Ermənistan KİV-lərinə istinadla yayılan məlumata görə, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb: "Söhbət o ərazilərdən gedir ki, onlar Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf baxımından təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz".

Nalbandyanın bu bəyanatının arxasında hansı məqamların gizləndiyinə aydınlıq gətirən təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Milli.Az-a açıqlamasında bildirib ki, əslində, ermənilərin məqsədi tam başqadır:

"Əvvəla, ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 72-ci sessiyasında bu təşkilatda islahatlar aparılması ilə bağlı çıxış edib. Xatırladım ki, BMT tərəfindən Dağlıq Qarabağla əlaqədar 4 qətnamə qəbul olunub və heç biri yerinə yetirilməyib. Fikrimcə, bu qətnamələrin yerinə yetirilməsi mexanizminin yaradılmasında əsas problemlərdən biri Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxarılması məsələsi idi. Ona görə də hesab edirəm ki, Nalbandyan bu fikirləri ona görə səsləndirib ki, birdən əgər BMT-də dəyişiklik olsa və qətnamələrin yerinə yetirilmə mexanizmi işlənsə və Ermənistanı öz ordusunu işğal etdikləri ərazilərdən çıxmağa məcbur eləsələr, bu bəyanatla demək istəyirlər ki, guya indidən buna razıdırlar.
İkincisi, ATƏT-in Minsk qrupu vasitəçilərinin müxtəlif təkliflərində, o cümlədən ABŞ-dan olan sabiq həmsədr diplomat Riçard Hoqlandın irəli sürdüyü təklifdə də qeyd edilir ki, bu problem mərhələli şəkildə həll olunmalıdır. Bunun birinci varinatı isə məhz işğal olunmuş ərazilərin boşaldılmasından ibarətdir. Ona görə də bu fikirlərin səsləndirilməsi Nalbandyan tərəfindən edilmiş diplomatik gedişdir.
Üçüncüsü, ən qorxulusu odur ki, ermənilər belə bəyanatlar verməklə ola bilər ki, həm Rusiyanı, həm də Minsk qrupunun digər üzvlərini rahatlaşdıra bilərlər. Yəni bu, sadəcə, bəyanat naminə verilmiş bəyanatdır. Onlardan istənilən vaxt cəbhədə təxribat gözləmək olar. Sadəcə, mən anlamıram, Nalbandyan Qarabağa təhlükəsizlik zonasının yaradılması deyəndə hansı ərazini nəzərdə tutur? Söhbət kimin təhlükəsizliyindən gedir? Əgər Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın öz ərazisidirsə, Azərbaycan burada kimə təxribat, təhlükə yarada bilər? Özü-özünə?! Bu məntiqsizlikdir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu isə hesab edir ki, Edvard Nalbandyan yeni heç nə deməyib:

"Baxıram, bəziləri bu xəbərdən sensasiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidləndirməyək. Onsuz da, ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər. Nalbandyan həmin cümləsində "Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması" ifadəsini işlədib. Bu, o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünmürlər. Digər tərəfdən, İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdırlar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində "müstəqilliklərini" legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir? 5 rayonun boşaldılması əvəzinə Dağlıq Qarabağın tamamını itirə bilərik. Yenilik, sadəcə, odur ki, Nalbandyan cəmiyyətinə eşitdirib ki, münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı hansısa rayonları boşaldacaqlar. Əslində, açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qafqazinfo-ya bildirib ki, Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş əraziləri birmənalı olaraq geri qaytarılmalıdır: "BMT TŞ-nın qətnamələrində də bu mövqe təsdiq olunub. Münaqişənin həllinin prinsipləri bu ilin avqustunda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland tərəfindən bir daha açıqlandı. Bu prosesin də mahiyyətini məhz qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal faktına son qoyulması təşkil edir. Beləliklə də, status-kvo dəyişir".

O vurğulayıb ki, bu açıqlaması ilə Nalbandyan nə dediyini özü bilər, ancaq Ermənistan tərəfi prosesinin mahiyyətini daim təhrif etməklə məşğuldur: "Bir çox hallarda onların bu kimi açıqlamaları daxili istehlaka yönəlir. Prosesin mahiyyəti odur ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalı və ərazi bütövlüyümüz təmin olunmalıdır. Bu proses çətindir və biz də reallığı anlayırıq. Ona görə də prosesə mərhələli yanaşma olmalıdır. Mərhələli şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalıdır".

Xatırladaq ki, hazırda həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək ABŞ-ın Nyu-York şəhərindədirlər. Səfər çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münasiqşəsinin həlli ilə bağlı görüşəcəyi istisna edilmir.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı





