Prezidentin mətbuat katibi: "Bu, tamamilə gülünc və qərəzli məlumatdır"
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov "The Guardian" qəzetinin 2017-ci il 4 sentyabr tarixli nömrəsində "Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki" iddialarda adının çəkilməsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, bununla bağlı APA-nın sorğusuna cavab verən Azər Qasımov deyib: "Adıçəkilən məqalədəki "məlumatlar" o qədər absurd xarakter daşıyır ki, sözün düzü, mən heç buna reaksiya vermək istəməzdim. Bildiyiniz kimi, dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu, tamamilə gülünc və qərəzli məlumatdır. Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar. Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır".
A.Qasımov hesab edib ki, bu cəhdlər nəticəsiz olacaq: "Bütün bu səylər boş və mənasız məşğuliyyətdən başqa bir şey deyil. Fikrimcə, özünü ciddi mətbu orqan hesab edən istənilən kütləvi informasiya vasitəsi bu cür mənasız məlumatlara əsaslanan yazılar dərc etməməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
XƏBƏR LENTİ
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
-
Hazırda tıxac olan yolların siyahısı
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür





