"Həmsədr ölkələr öz aralarında etimad yarada bilmir" - Elxan Ələsgərov
Yaxşı olardı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması kimi humanitar məsələlərlə daha çox məşğul olardılar.
Milli.Az xəbər verir ki, bunu Trend-ə amerikalı həmsədr Riçard Hoqlandın son bəyanatlarını şərh edən "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, R.Hoqlandın son açıqlamaları daha müsbət xarakter daşıyır: "Açıqlamalarından birində o deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas məsələlərdən biri azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasıdır. Əslində bu, yenilik deyil, çünki azərbaycanlı məcburi köçkünlər Qarabağa qayıdır və Cocuq Mərcanlı sakinlərinin öz torpaqlarına qayıtması bunun bariz nümunəsidir".
Amerikalı həmsədrin vurğuladığı güc tətbiq edilməməsi məsələsinə gəldikdə, E.Ələsgərov deyib ki, qaçqınların qayıtmasından sonra bu məsələ aktuallaşacaq: "Münaqişənin həlli prosesində kompomislərdən söhbət gedərkən, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən ən böyük kompromis Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verilməsi məsələsidir. Azərbaycan yüksək dərəcəli muxtariyyət verməyə hazırdır. Prinsip etibarilə, Azərbaycan bir çox parametrlərə görə Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verməyə də bilər. Dağlıq Qarabağda əhalinin siyahıya alınmasını keçirmək lazımdır, çünki mənim hesablamalarıma görə, regionda erməni sakinlərin sayı 5 dəfə azalıb".
R.Hoqlandın açıqlamasında qoşunların qarşıdurma xəttində nəzarət sistemlərinin yerləşdirilməsinin və snayperlərin çəkilməsinin vacibliyi qeyd olunur. Ekspertin fikrincə, bu, insidentlərin sayının azalmasına gətirib çıxarmayacaq.
O vurğulayıb ki, snayperlərin qoşunların qarşıdurma xəttindən çəkilməsi problemin həll yolu deyil: "Çünki erməni əsgərlərin qeyri-döyüş şəraitində ölməsi halları snayper atəşindən ölməsi hallarından qat-qat çoxdur. Amma onlar bütün qurbanları münaqişənin adına yazır. Həqiqətdə isə Ermənistan ordusunda intihar faktları həddən artıqdır. Bu problemi həll etmək üçün ilk növbədə həyat üçün əsas təhlükə mənbəyi olan ön postları yığışdırmaq lazımdır".
Münaqişənin həlli prosesində etimadın təmin olunmasından danışarkən E.Ələsgərov bildirib ki, bu, mücərrəd anlayışdır və geniş məna daşıyır: "Etimad mövzusuna rusiyalı ekspertlər də toxunur və qeyd edir ki, Azərbaycan Ermənistanla etimad elementlərini təmin etməlidir. Amma məsələ ondadır ki, həmsədr ölkələr öz aralarında etimad yarada bilmir. Nə ABŞ Rusiya ərazisinin 20 faizini işğal edib, nə də Rusiya ABŞ ərazisini. Amma bu ölkələr arasında etimad elementi yoxdur. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları etimadın olmamasına işarə edir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı





