Siyasət

Səfir: "Azərbaycan Türkiyənin dar günündə həmişə yanında olub"

15 İyul 2017 13:36
0 Şərh     Baxış: 415

"Azərbaycanın dərdi də, sevinci də bizimdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Heydər məscidində ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların ildönümünə həsr edilmiş vəhdət namazı ilə bağlı təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyədə baş verən çevriliş cəhdi zamanı ilk olaraq Azərbaycan bu ölkənin yanında olub: "Biz tarixən qardaşıq. Azərbaycan Türkiyənin dar günündə həmişə yanında olub. Eləcə də, Türkiyə Azərbaycanın bütün dərdlərini öz dərdi bilib. Bu gün burada Türkiyədə çevrilişə cəhd zamanı həlak olan şəhidlərimizi anırıq. Bizim şəhidlərimiz eyni zamanda, sizin şəhidlərinizdir. Azərbaycanın müstəqilliyi uğrunda 20 yanvarda, Dağlıq Qarabağda şəhid olanlar və son olaraq 4 iyulda Füzulinin Alxanlı kəndində erməni təxribatı zamanı şəhid olan iki yaşlı Zəhra və onun nənəsi də bizim şəhidlərimizdir".

Diplomat qeyd edib ki, 15 iyulda Türkiyədə baş verən terrorda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev oldu: "Balaca Zəhra şəhid olarkən də ilk olaraq, Azərbaycan Prezidenti ilə ilk telefon əlaqəsi yaradan Türkiyə Prezidenti oldu. Çünki biz qardaş və dost ölkəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.