"Həmsədrlər Qarabağ münaqişəsinin həlli ilə bağlı üçmərhələli plan hazırlayıblar" - Deputat
"Prezident İlham Əliyevin dediyi kimi, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar doğrudan da mahiyyəti üzrə başlanacaqsa, bu müsbət haldır. Əks halda biz Ermənistanın, işğalçının nazı ilə oynamaq niyyətində deyilik. Cənab prezident bildirdi ki, Ermənistan qətlə yetirilmiş qızcığaza və nənəsinə görə cavabını aldı. Amma əgər belə olmazsa, bu qisaslar gələcəkdə davam oluna da bilər".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, əslində son dövrlər münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə görüşünün baş tutmasından başqa heç bir nəticə yoxdur:
"Təbii ki, ermənilər ilkin şərtlər ortalığa qoyurdular ki, cəbhə xəttində onlarına istəyinə uyğun tədbirlər görülsün. Lakin onların şərtlərinin heç biri həyata keçirilmədi və danışıqlar onların istəyinə uyğun aparılmadı. Amma hələlik substantiv, yəni mahiyyət üzrə də danışıqlar getmir".

Lakin R.Musabəyov qeyd edib ki, vasitəçilərin münaqişənin həlli ilə bağlı yeni planları var: "Məndə olan məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri hansısa yeni üçmərhələli plan-təkliflər hazırlayıblar. Ola bilsin ki, təkliflər tərəflərə göndərilib və onlar hələ öyrənilməldir, ancaq hər halda sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Hələlik bu görüşün də baş tutacağını indidən demək çətindir. Eyni zamanda prezidentlərin də görüşü ilə bağlı təklif var. Əgər belə təklif varsa, deməli, bunun arxasında hansısa konkret məsələlər durmalıdır. Əks halda dövlət başçılarının da görüşməsinə ehtiyac yoxdur".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı





