"Aprelin 24-də Azərbaycan Demokrat Partiyasının konfrans zalında bir qrup şəxs toplaşaraq Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) adından çıxış edib, guya "partiya Böyük Məclisinin toplantısının" keçirildiyini bildiriblər". Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının Milli.Az xəbər portalına göndərilən bəyanatında belə deyilir.
AMDEP bildirir ki, Azərbaycan Respublikasının bütövlüyü və suverenliyi əleyhinə olan xarici qüvvələr tərəfindən Azərbaycanda siyasi sabitliyin pozulması və dövlətimizin imicinin aşağılanması məqsədini güdən planlar iflasa uğrayıb: "Bu iflasın səbəblərindən biri də AMDEP-in, milli mənafeyi öndə tutan siyasi qurum kimi həmin siyasi oyunlara qoşulmaması oldu. Bundan irəli gələrək AMDEP-i xarici sifarişçilərin oyunlarına qatmaq, beynəlxalq anti-türk qüvvələrin Azərbaycandakı marionetləri ilə birgə addımlağa sövq etmək üçün partiyaya qarşı kənar qüvvələrin hücumları başlanıb. AMDEP-ə qarşı təxribatlardan biri də məhz partiyanın parçalanması oyunu idi ki, bu məkrli oyunu partiyanın böyük bir hissəsi dəf etmiş oldu. AMDEP bir daha bildirir ki, partiya Dünya Türkçü qüvvələrinin "sorosçu" və ya "Qərbin kuklaları" kimi dəyərləndirdiyi siyasi intriqanların yanında olmayacaq, həmin qüvvələrlə olmaq istəyən marginal bir qrupun özünü "millətçi", "bozqurdçu" və ya "AMDEP-çi" adlandırması absurd məzhəkədən başqa bir şey deyil".
Bəyanatda o da deyilir ki, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sonuncu Böyük Məclisi aprelin 15-də keçirilib. Partiyanın həmin tarixdəki Böyük Məclisinin toplantısının legitimliyi partiya Nizamnaməsinə uyğun olaraq partiya MNTK-sı tərəfindən təsdiqlənib: "Partiya Nizamnaməsinə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyətini və tədbrlərini həyata keçirməkdə davam edir. Beləliklə, partiya "sorosçu", "Batının kuklaları" ilə birgə cinahda olmaq istəyən və milliyətçiliyə aidiyyatı olmayan bir qrup şəxsin aprelin 24-də nümayiş etdirmək istədiyi şousunu iflasa uğramış məzhəkə kimi dəyərləndirir".
Milli.Az
Siyasət
Milli Demokrat (Bozqurd) Partiyası: “Bir qrup şəxsin partiya adından çıxış etməsi məzhəkədir”
26 Aprel 2011 12:48
Baxış: 2 918
DİGƏR XƏBƏRLƏR
-
Niderland parlamentində Azərbaycana qarşı siyasi RİYAKARLIQ
-
Gözlənilməz addım: Xarq adası ilə bağlı plan DƏYİŞDİ
-
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər - FOTO
-
Azərbaycan və D-8 bir sıra sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər
-
Azərbaycan və Albaniya ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər - FOTO
-
Bayramov İordaniyanın baş nazirinin müavini ilə görüşdü
XƏBƏR LENTİ
-
Hizbullah liderindən İsraillə atəşkəs üçün qəbul olunmayacaq ŞƏRTLƏR
-
Toyda DƏHŞƏT: Ofisiant uşağı yanan sobaya atdı
-
Liftdə "silahlı zarafat" - Gənc oğlan "o dünyalıq" oldu - VİDEO
-
Nazilə dəbdəbəli evinin həyətindən VİDEO yaydı
-
Türkiyədə güclü zəlzələ oldu
-
Lukaşenko razı olsa, ordu hücuma keçəcək
-
Hollivud ulduzu hamilədir
-
İran sülh razılaşması üçün əsas şərtini AÇIQLADI
-
Sevgilisinin xəyanət etdiyi qıza hücum ETDİ: Görün nə hala saldı - VİDEO
-
"Zənginləşdirilmiş uranı ABŞ-yə göndərmək niyyətində deyilik"
-
Niderland parlamentində Azərbaycana qarşı siyasi RİYAKARLIQ
-
Əkin sahəsindən meyit TAPILDI
-
Maşınından qız cəsədi çıxan reper TUTULDU
-
Gözlənilməz addım: Xarq adası ilə bağlı plan DƏYİŞDİ
-
XƏBƏRDARLIQ: Aprelin sonuna qədər davam edəcək
-
“Dəstək verənlərlə əl sıxarıq, hücum edənlərin boynunu qırarıq”
-
Müğənnilərin illər əvvəlki və indiki halı MÜZAKİRƏ YARATDI - FOTOlar
-
"Oğlumu gözüyaşlı qoyub işə gedirdim"
-
Çin maşınlarının dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq
-
Ağır QƏZA: 2 ölü, 2 yaralı var
-
Mübariz İbrahimovun arxiv VİDEOsu yayıldı
-
Atasına kömək edərkən faciəvi çəkildə ölən Hikmətin FOTOsu
-
İranda ölənlərin sayı AÇIQLANDI
-
Kəmaləddin Heydərov yeni müavinləri ilə oyunu izlədi - FOTO





