Siyasət

Britaniyalı parlamentarilər Xocalı faciəsi ilə bağlı petisiyaya qoşulublar

27 Fevral 2015 18:20
0 Şərh     Baxış: 696

Britaniyalı parlamentarilər Xocalı qurbanlarının xatirəsini yad ediblər

Avropa-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Böyük Britaniya Parlamentində Mühafizəkarlar Partiyasını təmsil edən, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Bob Blekmen Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar 805 saylı petisiya ilə (Early day Motion) həmkarlarına müraciət edərək imzatoplama kampaniyasına başlayıb.

Petisiya Böyük Britaniya Parlamentinin saytında (http://www.parliament.uk/business/publications/business-papers/commons/early-day-motions/edm-detail1/?session=2014-15&edmnumber=805) yerləşdirilib.

Petisiyaya artıq bir neçə millət vəkili qoşulub. Petisiyada 1992-ci il fevralın 26-da Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücumundan 23 il ötməsi qeyd olunur və bunun nəticəsində qətlə yetirilmiş 613 insanın əziz xatirəsi yad edilir, Azərbaycan xalqına başsağlığı verilir və Böyük Britaniya hökuməti tərəfindən münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırış edilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.