Siyasət

PA: "Azərbaycanda islam fundamentalizmi təhlükəsi yoxdur"

17 Yanvar 2015 13:53
Baxış: 438

Azərbaycanda islam fundamentalizmi təhlükəsi yoxdur

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı da, onun rəhbərləri də, xüsusilə, Prezidenti bu məsələ ilə tanışdır və onu nəzarətində saxlayır: "Azərbaycanda islam fundamentalizmi təhlükəsi kimlərinsə göstərdiyi və təsdiq etdiyi formada yoxdur və olmayacaq. Əlbəttə, bu məsələdə maraqlı olanlar var. Amma düşünürəm ki, cəmiyyətin bütün təbəqələri bunu heç zaman qəbul etməz".

N.Məmmədov qeyd edib ki, Azərbaycanın bununla bağlı kursu da aydındır: "Bizdə dini etiqad azaddır. Dini kim necə, hansı formada, çərçivədə seçirsə, ona itaət edirsə, bu hər kəsin hüququdur. Bu məsələdə heç bir problem yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.