Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze Bakıda "Neftçi" və "Çixura" komandaları arasındakı futbol matçından sonra yaşanmış insidentin iki ölkənin mövcud dost münasibətlərini pozmaq istəyən təxribatçılar tərəfindən təşkil edildiyini düşünür.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, xanım M.Pancikidze qeyd edib: "Bu, idman tədbirinin, matçın keçirildiyi, həmçinin azərbaycanlı jurnalistlərin Gürcüstan Gənclər və İdman İşləri üzrə Nazirliyin dəvəti ilə ölkəmizdə olduğu vaxt baş verir. Əminəm ki, nazirlik Azərbaycan tərəfini təxribatçıların arxasında dövlətin və komandanın azarkeşlərinin dayanmadığına inandırmaq üçün hər şeyi edir".
Nazirin fikrincə, iki dost ölkə arasında münasibətləri pisləşdirməyə istiqamətlənən bu təxribat kiminsə fərdi fəaliyyətidir.
M.Pancikidzenin sözlərinə görə, kimsə iki ölkə arasında münasibətləri gərginləşdirmək istəyir.
Qeyd edək ki, iyulun 31-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.
Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.
Milli.Az
Siyasət
Gürcüstanın xarici işlər naziri "Neftçi" - "Çixura" matçında baş verənləri təxribat adlandırdı
1 Avqust 2014 17:34
0 Şərh
Baxış: 835
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- DƏHŞƏTLİ OLAY: Dağa çırpılan təyyarənin sərnişinləri son anlarını lentə aldılar - VİDEO
- "Nə qədər ki, TikTok var, Azərbaycan ailəsi belə olacaq"
- Kral Devid Bekhemə vəzifə verdi - FOTO
- COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib - FOTO
- Makrondan tələb edildi: Sözünün üstündə dur!
- Bakıda zavodda faciə - 5 nəfər öldü
- Dollar alışında kəskin artıma nə səbəb oldu?
- Bakıda faciəvi şəkildə ölən 21 yaşlı qızın FOTOsu
- Mətanətin keçmiş gəlini : “Qayınanam mənə ev alıb” – VİDEO
- AFFA-nın İcraiyyə Komitəsinin QƏRARLARI - FOTO
- Ukraynada gənc polis qadını dalğalar apardı - FOTO
- Pula görə qardaşını öldürdü
- Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar
- Milli komandaların baş məşqçiləri ilə bağlı QƏRAR
- Azərbaycanda bu tarixdə güclü istilər OLACAQ: 50 dərəcədən yuxarı...
- Göygöldə 17 min manatlıq cinayət: Saxta sənədlə büdcəni taladılar
- Bakı üzrə həftənin İDMAN AFİŞASI
- İnquşetiya rəhbərinin qardaşı saxlanıldı
- Bunun üçün Qəzzada əməliyyatları 42 günlük dayandırmağa hazırıq
- “Qəbələ” üçün 700 min manat
- Manafı belə görən OLMAMIŞDI: göz yaşları "sel oldu" - VİDEO
- Mourinyonun “Fənərbaxça”dan ilk istəyi bu oldu
- Qızının hicaba keçdiyi görən ata ŞÜKR SƏCDƏSİ etdi - VİDEO
- Sümbülə Əliyevanın məhkəməsi: "Bu işdə Vəkillər Kollegiyası zərərçəkmiş olmalı deyil"