Siyasət

İran Prezidentinin müavini: "İran öz qonşuluğunda güclü Azərbaycanın olmasını istəyir"

15 Aprel 2014 16:55
0 Şərh     Baxış: 357
"İran öz qonşuluğunda güclü Azərbaycanın olmasını istəyir və bu ölkə ilə hərbi əməkdaşlığı genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur".

Bu sözləri İran Prezidentinin birinci müavini İshaq Cahangiri bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

Trend-in İran Prezidenti Administrasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, İ.Cahangiri deyib ki, İran öz xarici siyasətində qonşu ölkələrlə əlaqələrini inkişaf etdirməyə çox önəm verir və qonşu ölkələr arasında Azərbaycanın özünəməxsus yeri var.

O bildirib ki, Azərbaycan və İran arasında iqtisadi sahədə əməkdaşlığın səviyyəsi gözlənilən qədər deyil: "Tehran və Bakı arasında ticarət əlaqələrini genişləndirmək üçün mövcud potensialdan tam istifadə olunmalı, maneələr araşdırılmalı və ciddi addımlar atılmalıdır".

Azərbaycanın müdafiə naziri İrana səfərini səmimi və yüksək səviyyədə səfər kimi dəyərləndirib. Z.Həsənov deyib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün potensial var və hər iki ölkə regional və beynəlxalq məsələlərdə eyni fikirdədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.