Siyasət

Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər

5 Aprel 2014 11:27
Baxış: 508
Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) yaxın zamanda Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanması üzrə görüşünü hazırlayır.

Bu barədə Rusiya, Fransa və ATƏT həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Moskvada görüşündən sonra verdikləri bəyanatda deyilir.

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Sənəddə deyilir ki, nazirlər "yaxın günlərdə sammitin keçirilməsi imkanlarını müzakirə ediblər, eləcə də konkret məsələlər üzrə irəliləyişə nail olmağın vacibliyini qeyd ediblər". Onun müəllifləri Azərbaycan və Ermənistanın XİN rəhbərlərini "regionda gərginliyin azaldılması üçün ciddi addımlar atmağa və sülh nüzamlanması prosesini davam etdirməyə" çağırıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.