Siyasət

Azərbaycan-Avstriya əlaqələrinin gələcək perspektivləri müzakirə olundu

2 Aprel 2014 19:05
Baxış: 370
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunaraq, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin malik olduğu vacib rol qeyd olunub. Görüşdə siyasi, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.