Siyasət

Qarabağı unudub siyasətə qurşandı

2 Aprel 2014 18:28
Baxış: 791
"Nida" Vətəndaş Hərəkatının üzvü, hazırda Hollandiyada siyasi mühacir kimi yaşayan Niderland vətəndaşı Orduxan Teymurxanoğlu uzunmüddətli kurslarda iştirak üçün ABŞ-ın Florida ştatına gedib. O, yanvarın 16-da Florida Universitetinin qarşısında "Nida" Vətəndaş Hərəkatına məxsus plakatı tutaraq, Azərbaycanda olan "siyasi məhbusların olmasına etiraz əlaməti" olaraq təkbaşına aksiya keçirib.

Aksiyanın məqsədi efemer "siyasi məhbus" problematikasından yararlanaraq müxalif fəallığı göstərməklə yanaşı, Qərbin Azərbaycana "təzyiq"lərinə bel bağlamaqdı.

Fəqət, belə davranış saxta təsir bağışlayır. Çünki Orduxan Teymurxanoğlu Qarabağda anadan olmasına baxmayaraq, Hollandiyada ermənilərə qarşı keçirilən tədbirlərdə indiyədək əsla iştirak etməyib.

Doğulduğu yurdun dərdini unudan insanın həmin yurdda olmayan problemdən bəhs etməsi isə siyasi alverçilik və möhtəkirlik təsiri bağışlayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.