Ötən gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni hökumətin tərkibi formalaşıb. Yeni hökumətdə sabiq müdafiə naziri Səfər Əbiyevi general-polkovnik Zakir Həsənov əvəz edib.
Milli.Az Vikipedia-ya istinadən bildirir ki, Azərbaycanın yeni təyin olunmuş müdafiə naziri Zakir Əsgər oğlu Həsənov 1959-cu ilin 6 iyun tarixində Astara rayonunda dünyaya gəlib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2003-cü il tarixli 1130 nömrəli Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib. 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.
Zakir Həsənov xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1998-ci ildə "Sərhəddə fərqlənməyə görə" medalı, 2002-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Ailəlidir. İki övladı var.
Teymur Hacıyev
Milli.Az
Siyasət
Yeni müdafiə naziri Zakir Həsənov kimdir?
23 Oktyabr 2013 11:12
Baxış: 10 808
DİGƏR XƏBƏRLƏR
-
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Belçikalı həmkarı Ceyhun Bayramova zəng etdi
-
Paşinyan Putinlə görüşəcək
-
Patent almaq artıq daha sürətli olacaq
-
Prezident fərman imzaladı - Onlara 700 manat təqaüd ödəniləcək
-
Türkiyə MN-dən Soyqırım Günü ilə bağlı paylaşım
XƏBƏR LENTİ
-
Müharibənin bitəcəyi tarix AÇIQLANDI
-
Ölkəyə gətirilən kələmdən 100 kiloqram narkotik ÇIXDI - FOTO
-
Bu məşhur müğənni Rasim Balayevin QOHUMU İMİŞ...
-
Tramp xalqa müraciət edəcək
-
DÇ-2026: Türkiyənin oyunları bu tarixdə keçiriləcək
-
Qızılı olanlara ŞAD XƏBƏR - 4 700 dolları ötdü
-
Rəqsanə üzgərmə əməliyyatından sonra dəyişib BELƏ OLDU - VİDEO
-
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
İmtahan verəcək şagirdlər üçün vacib MƏLUMAT
-
Yağan yağışlar Xəzər dənizinin səviyyəsini artırıb? - AÇIQLAMA
-
Bakıda ər-arvadın evdən meyitləri tapıldı
-
"Həkim səhvən bağırsağımı kəsdi, 7-ci dəfə..." - VİDEO
-
Pezeşkian sülh üçün İranın şərtlərini AÇIQLADI
-
Dollar sabit qaldı, digər valyutalarda dəyişiklik VAR
-
Rasim Balayevin nəvəsinin toyundan GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
Tanışını bıçaqlayan şəxs saxlanıldı
-
Sadettin Saranın düşdüyü qəzanın anbaan VİDEOsu
-
Zaur Əliyev də daxil olmaqla kimlər vəzifəsiz qalıb? - SİYAHI
-
Qara qızıl rekord həddə yaxınlaşır: Qiymətlər yüksəldi
-
Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR
-
Trampın Yaxın Şərq sınağı: Qələbə yoxsa strateji fiasko?
-
Azərbaycan üzərindən Ermənistana taxıl göndəriləcək
-
Xumar Qədimovanın ailəsində ağır İTKİ
-
Geyimlərin ilk yuyulmada solmasının səbəbi açıqlandı





