Bakıda mühakimə edilən ermənilərlə bağlı Kremldən açıqlama
Ümumiyyətlə, uzun illər müxtəlif cəhdlərə baxmayaraq, təəssüf ki, dayandırılması mümkün olmayan Ermənistan-Azərbaycan münaqişəsindən, bütövlükdə bu prosesdən danışsaq, bu, Bakı və İrəvan arasında çoxlu sayda nəhəng humanitar problemlərə gətirib çıxarıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova erməni jurnalistin Bakıda hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsi ilə bağlı yalanlardan və böhtanlardan ibarət provokativ sualına cavab olaraq bildirib.
"Bax, elə məhz buna görə üçtərəfli proses çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri, o cümlədən humanitar məsələlərin həllinin zəruriliyi barədə razılığa gəliblər. 31 oktyabr 2022-ci il tarixli bəyanatda deyilir ki, sitat: "Tərəflər humanitar məsələlər bloku da daxil olmaqla, qalan məsələlərin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşıblar". Sitatın sonu.
Biz bu sazişlərə sadiqliyimizi təsdiq edirik. Biz qaçqınların hüquqlarının, mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşənlərin axtarışı, bütün saxlanılan şəxslərin dəyişdirilməsi və qaytarılması baxımından azərbaycanlı və erməni tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Əminəm ki, bu, Bakı ilə İrəvan arasında etimad və dialoq mühitinə töhvə verəcək. Bəli, başa düşürəm ki, siz əvvəllər də olduğu kimi, həmişə "Düyməni basın, nəticə əldə edin" formatında cavab istəyirsiniz. Amma elə məsələlər var ki, onilliklər ərzində daha da mürəkkəbləşib. Onilliklər ərzində onlar həll olunmadı. Onlar yalnız daha da mürəkkəbləşdi. Və bu suallar eyni seriyadandır. Bunlar bir anda peyda olmadılar. Onlar onilliklər boyu formalaşan problemlər zəncirinin bir hissəsidir. Ona görə də bu, qeyd etdiyim reseptlə həll olunmalıdır", - Zaxarova erməni jurnalistə deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
XƏBƏR LENTİ
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir





