Prezidentin müsahibəsi xarici medianın diqqət mərkəzində - FOTO
Prezident İlham Əliyevin dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan televiziyasına verdiyi müsahibə xarici mətbuatda geniş işıqlandırılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, Fransanın "La Gazette du Caucase" nəşri xüsusilə Azərbaycan dövlət başçısının baş vermiş qəzanın reallıqdan uzaq versiyalarını yaymaq cəhdləri ilə bağlı prinsipial mövqe göstərdiyini qeyd edib.
"Prezident Əliyev təyyarənin quşlarla toqquşması ehtimalını rədd edib, çünki füzelyajın dəlik-deşik olması bu versiyanı şübhə altına alır. Azərbaycan lideri vurğulayıb ki, Rusiyanın rəsmi mənbələri qaz balonunun partlaması versiyasını irəli sürüblər və bu, Əliyevin fikrincə, faciənin əsl səbəblərini gizlətmək cəhdidir. Azərbaycanın Rusiya qarşısında tələbləri sadə və ciddidir: üzr istəmə, günahın etirafı, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminat ödənilməsi", - nəşr qeyd edir.
İsveçrənin Aze.swiss portalı öz növbəsində, hadisədən dərhal sonra Azərbaycanın gördüyü tədbirlərə diqqət çəkir. Nəşr qeyd edir ki, Prezident İlham Əliyev baş vermiş faciəyə operativ reaksiya verib. Materialda faciənin baş vermə şəraitinin müəyyən edilməsi üçün görülən tədbirlər, o cümlədən bir qrup azərbaycanlı həkimlərin Qazaxıstana göndərilməsi və cinayət işinin başlanması barədə ətraflı məlumat verilir. Azərbaycan Prezidentinin təyyarənin kənardan zədələnməsi, eləcə də radioelektron mübarizə vasitələrinin mümkün təsirləri barədə bəyanatına mühim diqqət yetirilir.
Türkiyənin "DHA Press" nəşri isə öz materialında hadisənin araşdırılmasının beynəlxalq aspektlərinə diqqət çəkir. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev xilasetmə əməliyyatlarında göstərdiyi dəstəyə və köməyə görə Qazaxıstana minnətdarlığını bildirib.
"Azərbaycan Prezidenti hava nəqliyyatının təhlükəsizliyinin vacibliyini qeyd edərək bildirib ki, Bakı ilə Rusiyanın bir sıra şəhərləri arasında uçuşların dayandırılmasına şəxsən göstəriş verib", - DHA Press yazır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz





