Siyasət

Baş nazir vacib qərar imzaladı

29 Dekabr 2024 16:29
Baxış: 756

Nazirlər Kabineti 24 may 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünü həmin il yanvarın 10-na qədər İqtisadiyyat Nazirliyi ölkə Prezidentinə təqdim edəcək. İndiyə qədər bu məsələni yanvarın sonuna qədər Nazirlər Kabineti həyata keçirirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.