Ceyhun Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü - FOTO
Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfər edən ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.
Milli.Az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və ATƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, regional vəziyyət, habelə COP29 çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər ölkəmiz ilə ATƏT PA arasında intensiv dialoqun mövcudluğunun məmnunluq doğurduğunu, parlament diplomatiyasının, o cümlədən bu çərçivədə qarşılıqlı səfərlərin ümumi maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.
İqlim dəyişikliyi təhdidinin insan təhlükəsizliyi və dayanıqlı inkişafa hədə olduğu, iqlim dəyişikliyinin bölgəmizdə və dünyamızda müşahidə olunan fəsadlarının aradan qaldırılması səylərinin gücləndirilməsi və bu istiqamətdə ən həssas qrupların dəstəklənməsinin COP29 sədrliyimizin prioriteti olduğu bildirilib.
Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində əldə olunan bir sıra uğurların, xüsusilə sessiyanın gündəliyinin ilk gündən razılaşdırılması, Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə edilməsi və maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılmasının məmnunluq doğurduğu qeyd edilib.
Qarşı tərəf, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın hərbi işğalının nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə regional sülh prosesinin gedişatı barədə məlumatlandırılıb.
Vitse-prezident COP29 sədrliyi münasibətilə ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. ATƏT çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə səylərinə əhəmiyyət verildiyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər - Bu gün...
-
Aldatmayan təkcə Mark Zuckerberg qaldı
-
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
-
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
-
Bakıda səkkiz aylıq hamilə qadın öldü
-
Türkiyədə məşhur telekanala polis basqını - 4 nəfər saxlanıldı
-
Pərviz Bülbülənin səhnədə başına iş gəldi – (Video)
-
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib - (Foto)
-
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı - (Video)
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib
-
Siqaret bahalaşacaq - Bu tarixdən
-
Tanınmış xanəndənin oğlundan aparıcını təəccübləndirən cavab - (Video)
-
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
-
Monqolustan Prezidenti istefa verdi
-
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb
-
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Görən xarab yumurta bilib zibilə atır, biri 15-17 manata satılır
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar





