Siyasət

İlham Əliyev: İnanıram ki, Azərbaycan-İraq dostluq münasibətləri bundan sonra da inkişaf edəcək

3 Oktyabr 2024 11:07
Baxış: 425

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlarda əməkdaşlığımız daha da genişlənəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdıran Prezident İlham Əliyev iraqlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost İraq xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.