Siyasət

NATO-nun baş katibi: “NATO-nun Qarabağ münaqişəsinə hərbi müdaxiləsi mümkün deyil”

26 May 2010 08:57
Baxış: 300
"Dağlıq Qarabağ münaqişəsi bizi narahat edən məsələdir". Bunu NATO-nun baş katibi Andres foq Rasmussen Ermənistan prezidenti Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, NATO problemin həllində yalnız ATƏT-in Minsk qrupuna yardım edə bilər.

Anders foq Rasmussen ümid etdiyini bildirib ki, vasitəçilərin səyləri yaxın vaxtlarda nəticə verəcək, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə görüşlər isə davam etdiriləcək. Erməni jürnalistlər NATO-nun baş katibinə Azərbaycanın hərb yolunu tutacağı təqdirdə NATO-nun nümayiş etdirəcəyi mövqe barədə sual veriblər. Anders foq Rasmussenin cavabı belə olub: "NATO münaqişə ilə məşğul olmur. Bizim münaqişə tərəfləri ilə müttəfiqlik münasibətlərimiz var. Müttəfiqlərimizi münaqişənin sülh yolu ilə həllini tapmağa çağırırıq. Lakin mən NATO-nun münaqişəyə hərbi müdaxilə etmək imkanlarını görmürəm".

Ermənistan prezidenti Serj Sarkisyan isə Anders foq Rasmussenin bu bəyanatına dolaşıq cümlələrlə reaksiya verib: "Mən nə indi, nə də əvvəllər eşitməmişəm ki, NATO-nun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç bir rolu yoxdur. Məlumdur ki, Qarabağ problemi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Ermənistan və Azərbaycan Avropa Şurasının üzvləridir. Avropa strukturları da problemin həlli, eləcə də münasibətlərin normallaşdırılması məsələləri ilə məşğul olurlar. Mənə elə gəlir ki, NATO Avropada təhlükəsizliyə cavabdehdir və mən belə başa düşürəm ki, Avropada NATO-dan başqa Silahlı Qüvvələr yoxdur. Amma mənim sözlərindən elə nəticə çıxarılmamalıdır ki, əgər sabah müharibə olsa, NATO birmənalı şəkildə regiona daxil olacaq. Bununla belə, tərəfimdən deyilənlər kifayət qədər aydırdır".

/ANS Press/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.