Prezident Gənclikdə yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Gənclik" metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
"Antena" parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olundu ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı "Dədə Qorqud" parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!





