Fransanın Cənubi Qafqaz planı - Moskva teraktında Makron izi?
İki gün əvvəl Moskvada yenə dəhşət yaşanacaqdı. Dəhşətli terrorun qarşısı son anda alınıb. Belə ki, Rusiya Təhlükəsizlik Xidməti Moskvada sinaqoqda terror aktının törədilməsinə mane olub.
Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Bildirilib ki, Mərkəzi Asiya ölkələrindən birinin sakini terror aktı törətməyi planlaşdırıb, Moskvadakı sinaqoqlardan birində kəşfiyyat aparıb, özü partlayan qurğu hazırlamaq üçün komponentlər alıb. Saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib.
Rusiya hazırda Ukrayna ilə müharibə aparsa da, terrorun sifarişçiləri onlar deyil. Rusiya prezidenti Vladimir Putinin də qeyd etdiyi kimi, radikal islamçıların əli ilə törədilən teraktın sifarişçisinin kimliyi maraqlıdır.
Bəs "Krokus" teraktını kim sifariş edib?
Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedev düşünür ki, Moskvadakı terror aktının arxasında Fransa və Makron durur. D.Medvedevin dediklərinin təsadüf olmadığı görünür. Yəqin ki, Rusiyanın aidiyyəti strukturlarının bunun barəsində daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Bu teraktın təşkilində Fransanı təqsirli bilmək üçün kifayət qədər tutarlı səbəb var. Çünki, Fransanın beynəlxalq terrorizmlə əlaqələri yenilik deyil. Bu ölkənin İŞİD-i, ASALA-nı maliyyələşdirməsi, Afrikada terror əməlləri çoxlarına məlumdur.
Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əsilli iş adamlarına məxsus "Crocus city hall" konsert zalında bu terrorun törədilməsi də təsadüfi deyildi. Onların niyyəti Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq idi.
Fransanın Cənubi Qafqazla bağlı planları var və buna mane olan ölkələr Rusiya ilə Azərbaycandır. Azərbaycana qarşı daim Erməni təxribatlarının aşkar sifarişçisi və dəstəkçisi olan Fransa Rusiyaya "bata bilmir". Görünür, məhz bu səbəbdən də Fransa belə yola əl atıb. Çünki, belə faciələr yaratmaq Makronun siyasətinə uyğundur.
Xatırladım ki, Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər "Crocus City Hall" konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar. Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar. Ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb. Son məlumatlara görə, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb





