Siyasət

Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycandadır

21 May 2010 10:45
Baxış: 192
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Milli.Az xəbər portalına daxil olan məlumata görə, səfər "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış və 21 dekabr 2009-cu il tarixdə Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"nın təcrübə mübadiləsi məqsədi ilə dövlət qulluqçularının qarşılıqlı səfərlərinin təşkil edilməsi müddəasına əsaslanır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qonaqları qəbul edən Komissiyanın sədri Bəhram Xəlilov iki qardaş ölkə arasında bütün sahələr üzrə, o cümlədən də dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

Görüşdən sonra qonaqlar Komissiyanın test mərkəzi ilə tanış olublar. Burada onlara dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin test imtahanının təşkili barədə ətraflı məlumat verilib. Test imtahanının Azərbaycanda ilk dəfə olaraq kompyuter vasitəsi ilə keçirilməsi və bununla bağlı "Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi"nin tərkib hissəsi kimi Komissiya tərəfindən hazırlanmış xüsusi proqram təminatı - "Test imtahanı" sisteminin işi qonaqlar tərəfindən maraqla qarşılanıb.
 
Sonra Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət qulluğunun tənzimləmə institutları", "Azərbaycan Respublikasında dövlət idarəçilik sistemi", "Azərbaycan Respublikasında dövlət orqanlarının yaradılması", "Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul və qulluqda yüksəliş" və "Azərbaycan Respublikasında dövlət qulluqçularının əlavə peşə təhsili" mövzularında təqdimatla çıxış ediblər.
 
Qonaqlar Maliyyə Nazirliyində də olublar.

Setyabrda isə Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusu Türkiyəyə səfər edəcək.
 
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.