Siyasət

Rusiya Azərbaycan PA-nın bəyanatını alqışladı

15 Noyabr 2023 21:03
Baxış: 1 207

Rusiya Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin və iqtisadi rifahının təminatı ilə bağlı bəyanatlarını alqışlayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz Azərbaycan Prezidenti administrasiyasının yüksək rütbəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin, iqtisadi rifahının təmin edilməsi ilə bağlı son bəyanatlarını alqışlayırıq. Hesab edirəm ki, bu, çox düzgün və vaxtında siqnaldır", - Zaxarova bildirib.

O, əlavə edib ki, Moskva Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə hər cür kömək edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.