Siyasət

Azərbaycan xunta rejiminin ləğvini səbirlə gözlədi - Hakan Fidan

29 Sentyabr 2023 15:19
Baxış: 878

Lokal antiterror tədbirləri Azərbaycanın haqqı idi. Azərbaycanlı qardaşlarımız 44 günlük müharibədən sonra səbirlə gözlədilər ki, Qarabağdakı xunta rejimi ləğv olunsun. Amma nəticəsi olmadı. Ermənistan problemin həllinə çalışmırdı, vaxtı uzatmağa çalışırdı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Qarabağdakı son antiterror tədbirləri zamanı mülki əhali arasında itki olmayıb. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin atdığı addımlar gərginliyin artmasına səbəb oldu. Qondarma rejim son zamanlar Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmaq, öz mövqelərini möhkəmləndirmək üçün səngərlər qazmaq, müxtəlif istehkam fəaliyyətləri, təxribat cəhdləri kimi silsilə təxribatlar həyata keçirib. Ermənistanın bu qanunsuz hərəkətlərinə Azərbaycanın cavabı gecikmədi. Qarabağda azərbaycanlı qardaşlarımız öz suverenliklərini təmin etmək yolunda addım ataraq antiterror əməliyyatı keçirdilər. Azərbaycan erməni əhaliyə qarşı deyil, onların təhlükəsizliyini təmin edən, qeyri-müəyyənliyi aradan qaldıran addımlar atıb", - deyə H.Fidan əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.