Siyasət

"Qarabağ Azərbaycanındır və onların pasportuna keçəcəyəm" - VİDEO

27 Sentyabr 2023 16:15
Baxış: 2 081

"Qarabağ Azərbaycanındır və Azərbaycan pasportuna keçəcəyəm"

Milli.Az "report"a istinadən bildirir ki, bunu Qarabağın erməniəsilli sakini Suren Babayan deyib.

Onun sözlərinə görə, 36 ildir Şuşanın Daşaltı kəndində yaşayır və geri qayıtmaq fikri var:

"Bütün ailəm, qohumlarım Turşsuda qalıb. Qoyunlarımın bir hissəsini indi keçirirəm, yarısı hələ orada qalıb. Azərbaycan tərəfinin heç bir təzyiqinə məruz qalmadım. Uzun müddət Azərbaycanda fermer təsərrüfatım olub. Ağcabədidə ferma müdiri olmuşam, 11 min mal-qaram olub".

S.Babayan onu da bildirib ki, tezliklə Azərbaycan pasportunu almaq fikri var:

"Qarabağ Azərbaycanındır və mən bunu həmişə bu cür də bilmişəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.