"Barıt qoxulu" ay - Gərginlik pik həddə...
Son illər sentyabr aylarında Azərbaycan ilə Ermənistan arasında gərginlik daha çox hiss olunur. Artıq bir neçə ildir ki, sentyabr ayında döyüşlər keçirilir, hərbi texnikalar işə düşür. Bu ilin sentyabrında vəziyyət nisbətən sakit olsa da, ötən gün mülki vətəndaşlarımıza və polislərimizə qarşı qurulan pusqu bugünkü gərginliyə zəmin yaratdı.
Bu gün istər ictimai nəqliyyatda, istər işdə, bir sözlə çox yerdə "müharibə başladı" ifadəsini tez-tez eşidirik. Hər kəs elə bilir ki, Azərbaycan Ermənistana müharibə elan edib. Lakin, bu sadəcə Müdafiə Nazirliyinin də elan etdiyi kimi lokal xarakter daşıyan antiterror əməliyyatıdır. Bu əməliyyatlara bir növ erməni əhalisinin separatçılardan xilası kimi də baxmaq olar. Necə ki, Türkiyə illərlə Suriyada antiterror əməliyyatları aparmaqla yerli əhalini terrorçulardan xilas edib.

Ermənilərin "Telegram" kanallarında məlumatlar yayılır ki, guya Azərbaycan Ordusu Xankəndində mülki əhalini atəşə tutur, mülki obyektləri hədəf alır. Onlar başqa ölkələrdə çəkilən video və fotolardan istifadə edərək dezinformasiya yayırlar. Lakin, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda da qeyd olunduğu kimi, ordumuz mülki obyektləri hədəf almır. Əksinə, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"-ə açıqlamasında bildirib ki, bölgədə aparılan antiterror tədbirləri lokal xarakter daşıyır, məqsəd qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsidir. "Onları bu qanunsuz xuntandan xilas etmək məqsədini qarşımıza qoymuşuq", - deyə H.Hacıyev əlavə edib.

Tədbirlər çərçivəsində yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Yəni, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edilir.
Qarabağ zonasındakı gərginliyin mənbəyi separatçılar, cinayətkar rejim və xuntanın mövcudluğudur. Azərbaycan həmişə sülh tərəfdarı olub, bütün baş verənlərə baxmayaraq yenə də əminamanlığı üstün tutur. Bunun isə bir yolu var, o da separatçıların silahı yerə qoyaraq təslim olmasıdır.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"





