Buna əsirlikdən qayıdanların sayəsində nail oluruq - Hərbi prokuror
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq cihazlar vasitəsilə axtarışlar zamanı üzə çıxmayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.
Hərbi prokuror qeyd edib ki, bu, meyit qalıqlarının qəbirlərdə deyil, torpağın qazılaraq qeyri-insanı şəkildə basdırılmasına görədir:
"Ona görə də kütləvi məzarlıqlar əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə daha çox tapılır. İtkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilir, işlər davam etdirilir və bu işlər daha da geniş şəkil alacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
XƏBƏR LENTİ
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)





