Rusiya Qarabağdakı təxribatı buna görə törədir - Şərh
Hazırda Ermənistan məsələsinə iki aspektdən yanaşmaq lazımdır. Bir tərəfdən İrəvan davamlı olaraq silahlanır, fərqli ölkələrdən yüz milyonlarla dollar dəyərində silah alır. Bunların içərisində hələlik isbat olunmasa da, HİMARS-a alternativ olan sistemlər, radioelektron mübarizə sistemləri, özüyeriyən haubitsalar və s. var. Bütün sadalanan məsələlər Ermənistanın niyyətinin daimi sülh olmadığına əsas verir.
Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri son günlərdə artan erməni təxribatlarının arxa planı haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Onun sözlərinə görə, Rusiya bölgədə nəzarəti itirməmək üçün ən azından Ukrayna müharibəsi bitənədək sülhə əngəl olmaq istəyir:
"Digər tərəfdən biz 44 günlük Vətən müharibəsindən sonra Rusiya, Fransa və ABŞ-dakı erməni lobbisinin birləşərək yeni nəsil döyüşçülərin yetişdirilməsi və onların müasir hərbi texnoloji vasitələrlə təmin edilməsi öhdəliyini üzərlərinə götürdüklərini deyə bilərik. Bu, faktdır. Ancaq Paşinyanın yeni bir irimiqyaslı müharibəyə başlayacağına inanmıram. Çünki Ermənistan İkinci Qarabağ müharibəsində biabırçı şəkildə məğlub olub. Biz məğlubiyyətdən sonra orada çevriliş gözləyirdik, amma xalq korrupsioner, Xocalıda soyqırım törədib general rütbəsi alan Qarabağ klanı üzvlərinə səs vermədi, Paşinyanın partiyasını seçdi. Üç il aradan sonra yeni müharibəyə başlamaq və məğlub olmaq Paşinyanın siyasi intiharı deməkdir. Əgər onu ölümlə təhdid etməsələr, belə bir qərara imza atacağına inanmıram. Hətta fiziki olaraq məhv edilmək siyasi intihardan daha rahatdır. Hesablamalara görə, Azərbaycan dövlətinin bugünədək olan müdafiə xərcləri 30 milyard dollar civarındadır. Sözügedən məbləğ Ermənistan büdcəsindən dəfələrlə çoxdur. Üstəlik ötən ilin sentyabr döyüşləri də Ordumuzun peşəkarlığını və qarşı tərəfin acizliyini növbəti dəfə sübut etdi. Sərhədimizdə, eyni zamanda Qarabağda baş verənlər isə Rusiyanın bölgəni itirmə qorxusundan meydana gələn təxribatlardır. İndiki məqamda ən azından Ukrayna müharibəsi bitənədək Moskva sülhün əldə olunmasını istəmir. Çünki tərəflər arasında sülhün əldə olunacağı təqdirdə buraya nəzarət edə bilməyəcək. Brüssel və Vaşinqton prosesində biz buna çox yaxın idik. Paşinyan şifahi şəkildə Azərbaycanın Qarabağdakı suverenliyini tanıdı. Bununla bərabər sülh müqaviləsinin imzalanması halında sülhməramlılara ehtiyac olmayacaq, üstəlik Ermənistan da rusların hərbi bazasının qeyri-effektivliyi bəhanə edərək onu Gümrüdən çıxaracaq. Nəticədə Moskva öz müdafiə xəttini Şimali Qafqaza çəkməli olacaq. Bu da ona sərf etmir. Fikrimcə, təxribatların arxasında Ermənistan MN-in Baş Qərargahında Paşinyana tabe olmayan qruplar dayanır. Hətta son Zəngilan təxribatında baş nazir özü bunu etiraf edib. Rusiya sülhməramlıları Qarabağdakı müvəqqəti məsuliyyət bölgələrindəki erməni terrorçu qruplarını və Ermənistan ordusunun qalıqlarını çıxarmayıb. Eyni zamanda Çindən Rusiya Baş Qərargahının təşkilatçılığı və birbaşa nəzarəti altında Qarabağa yüzlərlə kvadrokopterlər gətirilib. Yəni Azərbaycanın Qarabağdakı terrorçuları tərk-silah etmək məqsədilə başlayacağı anti-terror əməliyyatının qarşısını almaq üçün onlar silahlandırılır və sülh prosesinin dalana girməsi üçün şərti sərhəddə təxribatlar törədilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





