Qarabağda Azərbaycana inteqrasiya hərəkatı artmaqdadır
Azərbaycanın Qarabağ regionunda vəziyyətin inkişaf dinamikası güclənməkdədir: mahiyyətcə erməni azlığın seqmentasiyası baş verir. 35 il öncə Qarabağda ermənilərin özlərinin "Qarabağ hərəkatı" adlandırdıqları separatizm şişi yaranmışdısa, bu gün bir növ "Qarabağ hərəkatı 2.0" başlamaq üzrədir - amma artıq Azərbaycana təkrar inteqrasiya üçün.
Milli.Az Trend-ə istinadən bildirir ki, erməni mətbuatı və mənbələrinin məlumatlarına əsasən, erməni icması arasında inteqrasiyadan başqa heç bir yol qalmadığına dair çağırışlar getdikcə daha tez-tez eşidilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən bir gün əvvəl dərc olunan ikinci görüş dəvətinə müsbət yanaşmağa çağıran səslər də var idi. Separatçıların "XİN"i nəticədə bu təklifdən imtina etdi: onlar rus sülhməramlılarının vasitəçiliyi olmadan təmasdan imtina edirlər.
Vəziyyət Qarabağda yaşayan ermənilər arasında müəyyən fikir ayrılığının olduğundan xəbər verir: onların bir hissəsi normal həyat yaşamaq, inkişaf etmək və mövcudluğunu nizama salmaq istəyir. Digər hissəsi isə elə özününkülərə qarşı parazitlik etməyə davam edərək Azərbaycana məxsus sərvətləri talan etmək və "mübarizə", "öz müqəddəratını təyin etmə" və digər bu kimi pafoslu məfhumların hesabına keçinmək niyyətindədir.
Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır: Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Bakı təmas və dialoqun tənzimlənməsinə köklənib, lakin erməni icmasının başında Moskva tərəfindən göndərilən Rubik Vardanyan durduqca erməni icması ilə heç bir kontakt nəzərdən keçirilmirdi. Vardanyan "aradan götürülən" kimi real təmaslar başladı və ilk görüş baş tutdu. Bu, Bakının düşünülmüş və dəqiq mövqeyidir: konstruktiv dialoq olacaqsa, biz danışmağa hazırıq.
Erməni azlığın arasında bu mövqe getdikcə daha çox anlaşılır. Eyni zamanda "müharibə partiyası", yəni dünyada hər şeydən qorxan Araik Arutyunyan və onun "məmurları" faktiki olaraq öz ermənilərini əsir olaraq saxlamağa davam edir və bununla daima vaxtı uzadacağına ümid edir. İnadkarlıq edən bu şəxslərə Prezident İlham Əliyevin digər sözlərini xatırlatmaq yerinə düşər: "Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır".
Bu sözlərə əlavə ediləcək qətiyyən heç nə yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
XƏBƏR LENTİ
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)





