Paşinyan ermənilərə Azərbaycan vətəndaşlığı təklif etdi
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan "Hraparak" qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını almağı təklif edib. Məlumat həm Qarabağ ermənilərini, həm də Ermənistanın ictimai rəyini separatçı layihənin bağlanacağına, onun iştirakçılarının əksəriyyətinin sıravi Azərbaycan vətəndaşına çevriləcəyinə hazırlamaq məqsədi daşıyır. İlk növbədə məqalənin müəllifi Avetis Babacanyan diqqəti bir neçə aydır ki, İrəvanın Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verməməsinə yönəldir. Ermənistan pasportlarının separatçılara verilməsinin dayandırılmasına səbəb ötən il oktyabrın 7-də Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Praqa Bəyannaməsini imzalamasıdır. Bu bəyanata əsasən, İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Beləliklə, İrəvan eyni vaxtda "Qarabağda yaşayanların Azərbaycan vətəndaşları olduğunu" qəbul edir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Hraparak" qəzetində Avetis Babacanyanın məqaləsini təhlil edən rusiyalı analitik Andrey Petrov deyib.
Məqalədə qeyd olunur ki, separatçıların silahlanmasının qarşısının alınması səbəbindən Azərbaycana qarşı "revanş planı" keçmişdə qalıb:
"Bununla əlaqədar Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qarşısında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq. Qarabağ erməniləri revanş planının real intihar ssenarisi olduğunu indi anladılar. Məqalədə bildirilir ki, təxminən 30-35 min nəfər Azərbaycan vətəndaşlığını almağa razıdır. Bu rəqəmi oxuduqda Ermənistan rəhbərliyi bütün platformalarda hazırda Qarabağda 120 minə yaxın erməninin yaşadığını iddia etməsi, reallıqda onların sayının 40 mini keçmədiyini xatırlamaq yerinə düşər. Paşinyanın komandası erməni diasporundan gələn maliyyə xatirinə Qarabağdakı separatçı layihəni dəstəkləməkdə davam edir. Lakin daxili kanallar vasitəsilə Qarabağ ermənilərinə mühacirətdən və ya Azərbaycan vətəndaşlığı almaqdan başqa yollarının olmadığını çatdırır. Bu gün İrəvanın marionetləri və qaçaq milyarder Ruben Vardanyanın Qarabağ erməniləri üçün yaratdığı dözülməz şərait Ermənistan hakimiyyətinin separatçı layihəni bağlamaq planının bir hissəsi ola bilər. İnsanlar anlayanda ki, hazırki rəhbərlik dövründə orada yaşamaq qeyri-mümkündür, onların Azərbaycan vətəndaşlığı üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi daha asan olacaq. Silahlı yaraqlılar və digər qeyri-qanuni immiqrantlar qaçacaq, mülki əhali isə Qarabağda qalacaq. Beləliklə, Azərbaycan və Ermənistan üçün vəziyyət müsbət nəticələnəcək. Paşinyan Ermənistanın Qarabağ müharibəsində təslim olmasından sonra ən azı nəyisə udmağa çalışır. Deyəsən, o, nəhayət ki, yolunu tapıb: Separatçı layihə bağlanacaq, bunun sayəsində hamı qalib olacaq: həm Bakı, həm də İrəvan".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir





