Britaniya parlamentində Azərbaycan musiqisi səslənib - FOTO
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Manzilə Uddinin və Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə Parlamentdə "Diplomatiyada qadınların rolu" adlı tədbir keçirilib.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Tədbiri açan Baronessa Uddin Azərbaycanda olarkən ölkəmizə heyran olduğunu, Azərbaycan mədəniyyətinin zənginliyini və gözəlliyini xüsusilə vurğulayıb. Baronessa Azərbaycanda qadınların hüquqlarına göstərilən diqqət, eləcədə cəmiyyətimizdə tolerantlıq ənənələrini qeyd edib. Baronessa, həmçinin bu formatda toplantının keçirilməsinin həm Azərbaycan mədəniyyətinin yaxından tanıdılması, həm də dünyaya örnək tolerantlığın Azərbaycanda əsrlər boyu necə formalaşmasını tədqiq etmək baxımından çox faydalı olduğunu bildirib.
Öz növbəsində, Azərbaycan səfirinin həyat yoldaşı Lalə Əbdürəhimova Azərbaycanın etnik mənsubiyyətindən və ya dinindən asılı olmayaraq hər bir vətəndaşımızın vahid vətəni olduğunu qonaqların diqqətinə çatdırıb. Müxtəlif dinlərdən olan insanların Azərbaycanda əmin-amanlıq şəraitində birgə yaşamaları tolerantlığımızın və sülhpərvər olmağımızın bariz göstəricisidir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən Milli Məclisdə və diplomatik korpusumuzda xanımların sayı artmaqdadır və dövlətimiz buna xüsusi dəstək göstərir. L. Əbdürəhimova Azərbaycanın inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu və xanım Əliyevanın gənc qadınlar üçün nümunə və ilham mənbəyi olduğunu vurğulayıb.
Həmçinin, tədbirdə tanınmış Azərbaycanlı musiqiçi Səbinə Rakçeyeva Fikrət Əmirovun musiqisini ifa etmişdir. Dünya şöhrətli bəstəkarın irsindən söz açan S. Rakçeyeva Fikrət Əmirovun simfonik muğam formasını tanıdılmasında eləcə də, Azərbaycan musiqisinin sintezində əvəzolunmaz töhfəsindən danışıb.
Lordlar Palatasında keçirilən bu tədbirdə Britaniya Parlamentinin hər iki palatasının qadın üzvləri, o cümlədən Baş nazirin xüsusi ticarət elçisi Baronessa Emma Nikolson, Londonda akkreditə olan qadın səfirlər və diplomatik korpusun üzvləri, eləcə də Azərbaycan, türk və digər icmaların fəalları iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək





