Ermənistan ordusu böyük itkilər verəcək - Növbəti MÜHARİBƏ RİSKİ ARTIR
"Ermənistan bilərəkdən sülh prosesini pozur, danışıqları çökdürür, qüvvədə olan sülh formatlarının zəifləməsinə çalışır. İstər-istəməz burada boşluqlar yaranır və o boşluqlardan kim necə bacarırsa elə də istifadə edir. Ocümlədən də elə sülhməramlılar".
Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti dərk etməlidir ki, ondan alət kimi istifadə edirlər:
"Birinci dəfə deyil ki, Azərbaycan Rusiya sülhməramlılarına xəbərdarlıq edir, toponimlərin erməniləşdirilməsi, separatçıların Laçın dəhlizi ilə Xankəndinə və nəzarətlərindəki digər ərazilərə daşınmasına göz yumması, Qarabağa qeyri-qanuni səfərlərə şərait yaratması ilə bağlı bütün bu məlumatlar bizdə var.
Azərbaycan istər-istəməz sülhməramlıların buradakı komandanlığına eləcə də Rusiya tərəfinə narazılığımızı bildirmişik, xəbərdarlığımızı etmişik. Amma ermənilər çalışırlar ki, belə bir şərait yaratsınlar ki, güya "status-kvo" pozula bilər. Ermənistan indi açıq-aşkar Fransanın yedəyinə oturub və çalışır elə bir situasiya yaratsın ki, güya məsələlər həllini tapmayıb.
Ermənistan dünya birliyi qarşısında vaxtaşırı iki tezisi səsləndirir:
⚫️ Azərbaycan güya Ermənistanın ərazi bütövlüyünü pozub
⚫️ Azərbaycan Qarabağ ermənilərinə dair güya soyqrım siyasətini yeritməyə hazırlaşır
Və bu, onlara əsas verir ki, onlar hərbi hazırlıqlarını genişləndirsinlər. Fransa, Hindistan, İran, o biri-bu biri ölkələrdən silah-sursat alsınlar. Ona görə, Prezident İlham Əliyev ADA-da keçirilən konfransda dedi ki, 3 formatdan biri Ermənistanın ucbatından artıq qüvvədən düşdü.
Yəni Emanuel Makronun Brüssel formatına qatılması onu mənasız etdi. Qalır Moskva və Vaşinqton formatları. Dövlət başçısı bu çıxışı zamanı bütün xəbərdarlıqlarının hamısını etdi və bildirdi ki, ermənilər əgər bir də hədlərini aşsalar, qeyri-qanuni hazırlıqlar həyata keçirib, bizə qarşı təxribat törətmək istəsələr, orada lokal antiterror əməliyyatları qaçılmaz olacaq. Ümumiyyətlə, proseslər buna doğru gedir.
Biz artıq istəsək də, istəməsək də ki, vəziyyət qeyri-müəyyən olmasın, sülhlə bağlı aydın bir mənzərə yaransın, bu, tək bizdən asılı deyil. Biz artıq öz sözümüzü demişik. Ermənistan hakimiyyəti sadəcə özünü qanmazlığa qoyub, ya da qanmaq istəmir ki, onu alət kimi istifadə edirlər.
Yəni Makron faktiki erməni silahını ortaya atır ki, bir yandan Türkiyəyə təzyiq göstərsin, Azərbaycana problem yaratsın və ümumiyyətlə özünün enerji təhlükəsini aradan sovuşdursun. Çünki Fransa hazırda elə bir məqamdadır ki, onun enerji təhlükəsizliyi ümumiyyətlə yox səviyyəsindədir.
Fransada elektrik enerji istehsal edən atom elektrik stansiyaların demək olar ki, hamısı xammalsız qalıb. Buna görə Fransa həm İtaliyadan, həm Türkiyədən inciyir. Güya bu iki ölkə onun enerji təhülkəsizliyini pozur, ona təhlükə törədir. Ona görə də çalışır ki, öz acığını Türkiyədən və Azərbaycandan bu şəkildə çıxsın.
Ona görə də mən istisna etmirəm ki, hərbi toqquşmalar baş verəcək. Amma bu dəfə də hərbi toqquşmalar baş verərsə, Ermənistan yenə də o itkilərinin acısını yaşamalı olacaq, özü də artıq bu dəfə lap güclü tərzdə. Hesab edirəm ki, Rusiya özü də burada ikibaşlı oyun oynayır. Onların bu mövqeyi düzgün bir yanaşma deyil.
Çünki əgər Ermənistan Moskvanın müttəfiqidirsə, biz də onların müttəfiqiyik. Necə olur ki, Moskva iki müttəfiq arasında fərq qoyur?! Və bilə-bilə ki, Azərbaycan burada örtülü oyun oynamır, Azərbaycanın dediyi sözlər beynəlxlaq qanunlar çərçivəsindədir, Azərbaycanın istədiyi sülhdür, yenə də erməni separatizminə rəvac verməyə çalışır. O cümlədən Fransaya, o cümlədən də Amerikadakı bəzi ermənipərəst qüvvələrə.
Bu proseslərdə bəllidir ki, kim oyunun ağ zolağındadır, kim qara zolağındadır. Ermənistan hələ də elə bilir ki, güya ki, Azərbaycana revanş yaşada bilər. Amma əslində bu çox böyük yanlışlıqdır və mən hətta deyərdim ki, faciəvi bir yanlışlıqdır. Bu yol nə Ermənistanı, nə də onun arxasında duran, ona havadarlıq edən qüvvələri heç bir yerə aparmır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
XƏBƏR LENTİ
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)





