Naxçıvanda nə baş verir? – Yoxlamalar, yasaq, nəzarət
Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.
Milli.Az tns.az-a istinadən xəbər verir ki, növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, dünən səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.
Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşıdır.
Onu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.
Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: “Netanyahu rəhbərin kim olduğunu yaxşı bilir”
-
İsrailli nazir həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv etdi
-
Putin Trampla telefonla danışdı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
XƏBƏR LENTİ
-
Mbappe dünya çempionatlarının tarixinə düşdü
-
Aysunun "Hade" rəqsi gündəm oldu - (Video)
-
Balakişi Qasımov: Televiziya son 10 ilini yaşayır
-
Xalq artisti: "Aşıq Əli niyə muğam oxuyur?"
-
“Seltik” “Qarabağ”la yeni danışıqlara başladı
-
Tramp: “Netanyahu rəhbərin kim olduğunu yaxşı bilir”
-
Aparıcı Şəbnəm: "Şəhərdə evli qadınlar kişi axtarır, oğlan tutmağa çıxırlar" - (Video)
-
"VAZ 21099" yanıb külə döndü
-
Həftənin ilk iş günü 34 dərəcə isti olacaq
-
İsrailli nazir həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv etdi
-
Məşhur dağıstanlı şairi ilan sancdı – Reanimasiyaya yerləşdirilib
-
DŞ-2026: Braziliya Norveçə, Meksika İngiltərəyə qarşı
-
Əməkdar artist evindən paylaşdığı görüntülərlə diqqət çəkdi - (Video)
-
Mbappe ilə Kasares arasında gərgin anlar - (Video)
-
“Toppuş bacı”nın ailəsində ağır itki
-
Toyda gəlinin rəqsi tənqid olundu: Klubla toyu səhv salıb - (Video)
-
"40 yaşın ilk şəkli"
-
7 yaşlı 116 kq uşaq öldü
-
Fədayə Laçın anasını paylaşdı: "50 yaşlı qızı mən gözəllikdə olar da..." - (Foto)
-
Erve Renar baş məşqçisi vəzifəsindən ayrıldı
-
Meyiti yaşadığı evin həyətindən tapıldı
-
Yeni həftədə ən çox şanslı olacaq BÜRCLƏR
-
Hərbi qulluqçu vəfat etdi - (Foto)
-
AZAL: Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar olacaq





