Siyasət

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

24 Noyabr 2022 08:10
Baxış: 505

ABŞ İrana yeni sanksiyalar tətbiq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Bürosu (OFAC) məlumat yayıb.

Bildirilib ki, İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə ABŞ 3 iranlı məmuru sanksiya siyahısına daxil edib.

"Son zamanlar kürd bölgələrindəki etirazları yatırmağa çalışan üç iranlı təhlükəsizlik işçisi sanksiya siyahısına salınıb",- deyə büro bildirib.

Qeyd edək ki, İranda Məhsa Əmininin ölümündən sonra İran təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdə davam edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.