Ordumuz qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı - Sevil Mikayılova
Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz 2020-ci il Vətən Müharibəsində qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova xatırladıb ki, Prezident İlham Əliyev 27 sentyabr - Vətən Müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalayıb. 27 Sentyabr - Anım Günü bütün şəhidlərimizə, müharibə iştirakçılarına və qazilərə ən böyük hörmət və ehtiramın göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi.
"Prezident İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş taktikası nümayiş etdirərək əks-hücum əməliyyatları zamanı düşmən ordusunu darmadağın etdi. Silahlı Qüvvələrin müxtəlif növ qoşunlarının iştirakı ilə döyüş tapşırıqları yüksək dəqiqliklə yerinə yetirildi. Bu əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi. Azərbaycan əsgəri artıq qalib əsgərdir!", - deyə S.Mikayılova əlavə edib.
Millət vəkili qeyd edib ki, həm siyasi, həm də iqtisadi cəhətdən güclü olan Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün mövcud reallıqları nəzərə alaraq düzgün yol seçdi. Hərbi-siyasi yolla məsələnin çözülməsi dünya düzənində cərəyan edən proseslərə adekvat idi və diplomatik səylərin nəticə verməməsi ədalətin bərpa olunmasında güc amilinin istifadə olunmasını zərurətə çevirdi.
"Bizi uğura aparan yol güc, zaman və əminlik oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixin çevrilmiş səhifəsidir və dövlətimizin gücü və səyləri sayəsində biz bu ağır yükü çiynimizdən atdıq. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı və sülhə gedən yolun aydın konturlarını bütün dünyaya göstərdi", - deyə S.Mikayılova deyib.
S.Mikayılova bildirib ki, 2020-ci il Azərbaycan xalqının həyatında möhtəşəm bir il oldu.
"Tarixi ədalət bərpa olundu və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər qazandı.
Əminik ki, bundan sonra da dövlətimiz gücünü artıracaq və öz gücünə əsaslanaraq bütün çağırışların öhdəsindən ləyaqətlə gələcək", - deyə deputat əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





