Ermənistan ərazisinə təcavüz etmişikmi?
"Azərbaycan Ermənistan ərazisinə təcavüz edib" iddiasının Paşinyandan sonra bəzi azərbaycanlıların da tirajlaması məsələnin mahiyyətinin nədən ibarət olduğunu aktuallaşdırır.
İrəli sürülən "arqument"lərdən biri belədir ki, hər iki ölkənin hazırki ərazisi və sərhədləri BMT-yə daxil olanda tanınıb. Son döyüşlərin getdiyi ərazilər də Ermənistana məxsusdur. Bəs, əslində necədir?
Milli.Az musavat.com-a istinadən bildirir ki, birincisi, Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə daxil olanda Qarabağda müharibə gedirdi və iki ölkə arasındakı sərhəd müəyyən edilməmişdi: Paşinyan iddia edir ki, MDB-yə üzv olanda tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıb, halbuki, Azərbaycan 1991-ci ildə MDB-yə daxil olmağa razılaşsa da, parlament bunu 1993-cü ildə ratifikasiya edib;
İkincisi, iki ölkə arasında sərhədin delimitasiya edilməməsi həmin ərazilərin kimə məxsus olduğunu da şübhələndirir: Fransanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda üzv ölkələrin yekdil mövqeyi sərhədin delimitasiya olunması haqda oldu; "Azərbaycanı Ermənistana hücum etməkdə" ittiham edən Qərb də reallığı qəbul edir;
Üçüncüsü, Naxçıvanın Kərki, o cümlədən, Qazaxın 7 kəndi erməni işğalı altında qalmağa davam edir: Paşinyanın özü belə bu kəndlərin hüquqi statusunun mübahisəli olduğunu bəyan edib, o zaman, hansı sərhəddən, yaxud "Ermənistan ərazisindən" bəhs edilə bilər?!
Dördüncüsü, SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən ərazilərimizin taleyi hələ də sual altındadır: bu, sərhədin hansı ilin xəritəsinə uyğun müəyyən edilməsi prosesində müəyyənləşəcək;
Beşincisi, 30 illik işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkmişdi: müharibədən sonra bir neçə istiqamətdə bu sərhəd bərpa olunub, lakin proses başa çatmayıb;
Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi şərtidir və delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır.
Bu gün bir-birinə qarşı ərazi iddiası olmayan, lakin sərhədlə bağlı problemlər yaşayan onlarla ölkəni nümunə göstərmək olar.
- Azərbaycan və Gürcüstan arasında münaqişə yoxdur, ərazi bütövlüyü qarşılıqlı olaraq tanınır, lakin Keşikçi dağı məbədi ilə bağlı məsələ hələ də açıq qalıb: iki ölkə sərhədin bu istiqamətində delimitasiyanı həyata keçirdikdən sonra parlamentlər ratifikasiya etməli, daha sonra BMT-yə təqdim edilməlidir;
- Ermənistan və Gürcüstan arasında da sərhədin müəyyən hissələrinin delimitasiyası problemi qalır;
- Hazırda toqquşmaların yaşandığı Qırğızıstan və Tacikistanın da əsas problemi sərhədin müəyyən edilməməsidir: bu ölkələr də Azərbaycan və Ermənistan kimi SSRİ dağılanda BMT-yə üzv olublar, hər iki ölkə MDB-yə birgə daxil olublar;
Azərbaycan Ermənistana hücum etməyib, döyüşlər kimə məxsus olduğu hələ rəsmi şəkildə müəyyən edilməyən ərazilərdə baş verib. Və çox təəssüf ki, bu məsələni izah etmək məcburiyyətini yaradan azərbaycanlılar var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
XƏBƏR LENTİ
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır





