Siyasət

Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirib

19 İyul 2022 08:34
0 Şərh     Baxış: 593

Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib.

"Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır - qeyri-qənaətbəxş nəticəli işlər", - o deyib.

Xatırladaq ki, Zelenski bir gün əvvəl UTX-nin rəhbəri İvan Bakanovu, eləcə də baş prokuror İrina Benediktovanı istefaya göndərib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.