"Ermənistanın “status” və Minsk qrupu məsələlərini ortaya atması..."- ŞƏRH
"44 Günlük Müharibəyə qədər 24 il ərzində Ermənistanla aparılan danışıqların iki əsas predmeti var idi: torpaqların azad edilməsi və Qarabağ ermənilərinin "statusu". İyunun 15-də Paşinyan Ermənistan parlamentində çıxışında etiraf etdi ki, R. Köçəryan və S. Sarqisyan hökumətləri bütün baza danışıq sənədlərində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və hansısa "status" Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirilib. Minsk qrupunun missiyası münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi və onların səlahiyyətlərinə bu iki məsələ daxil idi. Lakin, Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, 44 günlük müharibə ilə əvvəl müzakirə predmeti olan bütün sənədlər sıfırlandı və Minsk qrupunun fəaliyyəti üçün predmet qalmadı".
Bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analitik təhlilində yer alıb.
Məqalədə qeyd edilib ki, "status" və Minsk qrupu məsələlərini müzakirə mövzusuna çevirmək istəkləri müharibənin nəticələrini sıfırlamaq cəhdindən başqa bir şey deyildir:
"Müharibəyə qədər 30 il ərzində Azərbaycana deyilirdi ki, ermənilər 1-ci Qarabağ müharibəsində qalib gəlməklə reallıq yaradıblar və bununla barışın. Azərbaycan isə ən çətin vaxtlarında belə birmənalı şəkildə bununla barışmayacağını, hərbi gücdən istifadə etmək hüququnu özündə saxladığını və zəruri bildikdə istifadə edəcəyini bildirirdi. Azərbaycan həm Ermənistanla, həm də beynəlxalq vasitəçilərlə hər zaman açıq və səmimi olub. Amma təəssüf ki, əvvəl də qarşılıqlı olaraq səmimiyyət görmədiyi kimi indiki danışıqlarda da görmür.Səmimiyyət və aydın mövqe olmadıqda isə danışıqlarda nəticə və sülh əldə etmək çətindir və açıq qarşıdurma qaçılmazdır. "Danışıqlar nəzəriyyəsi"ndə (Negotiation Theory) "pis niyyətli danışıqlar" anlayışı vardır. Yəni, əgər tərəflərdən biri səmimi deyilsə və danışıqlarda "pis niyyətli" tərəfdirsə demək ki, nəticədə və sülhdə maraqlı deyil"Minsk qrupunu yenidən "vasitəçi"yə çevirməklə Ermənistana yardım etməyə çalışanlar üçün isə iki məqamı xatırlatmaq lazımdır. Birincisi, 2020-ci ilin 27 sentyabrına qədər olan reallıq beynəlxalq hüquqa qarşı törədilmiş cinayət idi və bu reallığı bizə qəbul etdirməyə çalışmaqla həmin cinayətə dəstək vermiş olurdunuz. İkincisi, əgər 27 sentyabra qədər "gücün hüququnu" müdafiə edirdinizsə, onda zəhmət çəkin, eyni ilə yenə də "gücün hüququnu" müdafiə edin. Həm də bizim tətbiq etdiyimiz "güc" qarşı tərəfinkindən fərqli olaraq tam legitimdir".
Ermənistan yenə də ikili oyunlarını davam etdirir. Ərazi iddiaları var, lakin hazırda içində olduğu vəziyyətə görə bu iddiaları açıq deyə bilmir:
"Azərbaycan açıq şəkildə hansısa "statusun" olmayacağını və Minsk qrupunun keçmiş olduğunu deyir. Ermənistan tərəfi bir tərəfdən deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə hərbi, iqtisadi və siyasi mövcudiyyətini qanunsuz olaraq saxlayır. Eyni zamanda bir tərəfdən "status"dan, digər tərəfdən "statusla bağlı tələblərin həddini aşağı salmaqdan" bəhs edir. Bununla yanaşı, tələb edilən "status"un hansı formada olması və hansı əraziləri əhatə etməsi haqqında Ermənistan qorxudan danışmır, keçmiş vasitəçilər isə konkret fikir bildirmirlər. Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonra qəbul edilən rəsmi sənədlərin heç birində nə "status", nə də Minsk qrupu ifadələri yer almır.
Bütün bunlar qeyri-müəyyənliyi uzadır və "status" haqqında söhbətlər hazırda Azərbaycan tərəfindən açıq şəkildə "ərazi iddiaları" kimi qiymətləndirilir. Çünki, bu cür yanaşmanın başqa məntiqi izahı yoxdur. Aydındır ki, bu iddiaları hazırda Ermənistan düşdüyü vəziyyətə görə açıq şəkildə səsləndirməyə cəsarət etmir. Belə vəziyyət təkcə Ermənistanın deyil, eyni zamanda regiondakı proseslərdə iştirak etmək istəyən kənar oyunçuların da maraqlarına ziddir. Ona görə ki, onlar regionda öz maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanın bu həssas məsələlərdə mövqeyini nəzərə almalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz





